Nigar Vahabzadənin təqdimatında: İcbari tibbi sığorta haqqlarının ödənilmə müddəti

Nigar Vahabzadənin təqdimatında: İcbari tibbi sığorta haqqlarının ödənilmə müddəti

Suala İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə aydınlıq gətirir.

Sual: İcbari tibbi sığorta haqları hansı müddətlərdə ödənilməlidir? Gecikməyə görə hansı tədbirlər görülür?

Cavab: “Tibbi sığorta haqqında” Qanunun 15-11.3-cü maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan sığorta haqqı sığortalı tərəfindən hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir. Məbləğlər əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Qanunun 15-11.4-cü maddəsində göstərilir ki, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər üzrə bu Qanunun 15-10.1.3-cü maddəsində nəzərdə tutulan sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Qanunun 15-11.5-ci maddəsinə əsasən, mülki-hüquqi müqavilələr əsasında mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə bu Qanunun 15-10.1.4-cü maddəsində nəzərdə tutulan sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Qanunun 15-11.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri sığorta haqqını aylıq olaraq hesablayır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.

Qanunun 15-11.8-ci maddəsinə əsasən, aksizli məhsulların idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri üzrə bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan sığorta haqqı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən müəyyən edilmiş müddətdə ödənilməmiş icbari tibbi sığorta haqları üzrə 0,1 faiz məbləğində faiz hesablanır.

Mənbə: Vergiler.az

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər