Əmək müqaviləsinə xitam zamanı əlavə məzuniyyətlər necə hesablanmalıdır?
Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Maddədən göründüyü kimi, əmək müqaviləsinin xitamı zamanı istifadə edilməmiş kompensasiya yalnız əsas məzuniyyətə görə hesablanmalıdır. Amma maraqlıdır ki, 144-cü müddənin üçüncü hissəsində qeyd edilir ki, əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
Qeyd etdiyimiz kimi, 30 gün və ya 21 gün əsas məzuniyyət hüququna malik olan işçiyə 3 tip əlavə məzuniyyət verilir:
- Əmək stajına görə;
- Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə;
- 14 yaşınadək iki və ya daha çox, həmçinin sağlamlıq imkanları məhdud uşağa görə.
Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Həmçinin, həmin maddəninin üçüncü hissəsində qeyd edilir ki, əmək münasibətlərinə xitam verilərkən Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
Maraqlıdır ki, işəgötürən Əmək Məcəlləsinin 117-ci maddəsində nəzərdə tutulan uşaqlı qadınların əlavə məzuniyyətləri üzrə günləri kompensasasiya zamanı nəzərə almalıdır, yoxsa ikinci hissədə qeyd edildiyi kimi, yalnız əsas məzuniyyətə görə kompensasiya hesablanmalıdır.
Mİsal. 30 təqvim günü əsas məzuniyyəti olan işçinin əmək ştajı və əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə müvafiq olaraq 4 iş günü və 6 iş günü əlavə məzuniyyəti var. Bundan əlavə, 14 yaşınadək iki uşağı olduğu üçün də 2 gün əlavə məzuniyyət hüququ var. İşçi 6 ay işlədikdən sonra işdən öz xahişi ilə çıxır. Hesab edək ki, işlədiyi 6 aylıq dövrdə işçi əmək məzuniyyəti hüququndan istifadə etməyib.
Kompensasiyanın hesablanması üçün istifadə edilməmiş məzuniyyət günlərini tapaq.
Əsas məzuniyyət üzrə:
(30 gün x 6 ay) / 12 ay = 15 gün
Əlavə məzuniyyətə görə:
- Əmək stajına görə əlavə məzuniyyət – hesablanmır;
- Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə - hesablanmır;
- 14 yaşınadək iki uşağı olmasına görə - (2 gün x 6 ay) /12 ay = 1 gün hesablanması Məcəllədə boşluq kimi dəyəndirilə bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri hesab edirlər ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci və üçüncü hissələri arasında ziddiyyət var. Nazirliyin hazırkı mövqeyi belədir ki, əmək müqaviləsinə xitam zamanı yalnız əmək məzuniyyətinin əsas hissəsi üzrə kompensasiya hesablansın. Əmək Məcəlləsinin 115, 116 və 117-ci maddələrində nəzərdə tutulan əlavə məzuniyyətlərə görə kompensasiya hesablanmamalıdır.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın