Nigar Vahabzadənin təqdimatında: Həm əməkhaqqı alan, həm də fərdi sahibkar olan icbari tibbi sığorta öhdəliyi

Nigar Vahabzadənin təqdimatında: Həm əməkhaqqı alan, həm də fərdi sahibkar olan icbari tibbi sığorta öhdəliyi

Suala İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə aydınlıq gətirir.

Sual: Həm əməkhaqqı alan, həm də VÖEN-lə fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslərin icbari tibbi sığortaya cəlb olunması necə tənzimlənir?

Cavab: Həm vergi uçotuna alınmış fiziki şəxs kimi, həm də əmək müqaviləsi əsasında işçi kimi fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta haqları hesablanır.

Bununla bağlı aşağıdakı nümunəyə nəzər yetirək:

Tutaq ki, vətəndaş neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahədə mühasib işləyir, 2.000 manat əməkhaqqı alır və eyni zamanda, vergi uçotuna alınmış fiziki şəxs kimi fəaliyyət göstərir. Bu halda muzdlu fəaliyyət üzrə icbari tibbi sığorta (İTS) haqları bu qaydada hesablanacaq:

Sığortalının hesabına İTS haqqı= (2000*1%)=20 manat
Sığortaolunanın hesabına İTS haqqı= (2000*1%)=20 manat
Vergi uçotuna alınmış fiziki şəxs kimi icbari tibbi sığorta haqqı isə bu qaydada hesablanacaq:
İTS haqqı= 250*4%=10 manat.

Mənbə: Vergiler.az

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər