İşçi işdən çıxmaq haqqında ərizə yazdıqdan sonra hansı hallarda onu etibarsız hesab edə bilər? (4 MİSALLA İZAH)
Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
İşçinin ərizədə göstərdiyi işdənçıxma tarixinədək ərizəsini geri götürməsi halına baxaq. Əmək Məcəlləsinin 69-cu maddəsinin dördüncü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
Təcrübədə rast gəlinən hallardan biri də, işçinin əmək müqaviləsininin ləğvi ilə bağlı ərizə verdikdən müəyyən müddət sonra fikrindən daşınmasıdır.
Misal 1. İşçi 15 fevral 2021-ci il tarixdə işdən çıxmaq haqqında ərizə yazır. Lakin 26 fevral 2021-ci il tarixdə işəgötürənə müraciət edərək bildirir ki, işdənçıxma ərizəsini geri götürmək istəyir. İşəgötürən bu müddət ərzində işçiyə onun yerinə yeni işçinin işə götürülməsi ilə bağlı hər hansı xəbərdarlıq etməyibsə, o halda işçinin əvvəlki ərizəsi etibarsız hesab edilir.
Misal 2. İşçi 10 fevral 2021-ci il tarixdə işdən çıxmaq haqqında ərizəni işəgötürənə təqdim edir. 26 fevral 2021-ci il tarixdə işçi ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı işəgötürəni məlumatlandırır. Ancaq məlum olur ki, işçi ərizəsini təqdim etdikdən sonra, işəgötürən onun yerinə yeni işçinin seçilməsi ilə bağlı prosedurları həyata keçirib, yekunlaşdırsa da, işçiyə hər hansı rəsmi xəbərdarlıq etməyib. Bu zaman işçinin işdənçıxma ərizəsi etibarsız hesab edilir.
Misal 3. İşçi 8 fevral 2021- ci il tarixdə işdənçıxma haqqında ərizə ilə işəgötürənə müraciət edir. İşçi sonradan fikrini dəyişərək, 22 fevral 2021-ci il tarixdə işdən çıxmayacağı haqqında işəgötürənə məlumat verir. Amma işəgötürən işçiyə 19 fevral 2021-ci il tarixdə rəsmi xəbərdarlıq verib ki, işçinin yerinə yeni işçinin seçimi prosesi başa çatıb. Bu halda işçi işdənçıxma ərizəsini geri götürə bilməz və o, ərizəni verdiyi tarixdən 1 ay müddətində işdən azad ediləcək.
Misal 4. İşçi 9 fevral 2021-ci il tarixdə işdənçıxma haqqında müraciət edir. Qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə 17 fevral 2021-ci il tarixdə xitam verilir. Əmək müqaviləsinə xitam verilən işçi 22 fevral 2021-ci il tarixdə işəgötürənə ərizə ilə müraciət edir ki, onun yerinə yeni işçi götürülmədiyi və yenidən işləmək istədiyi üçün işdənçıxma ərizəsi etibarsız hesab edilsin. Bu halda işəgötürən işə yeni işçi qəbul etməsə də, artıq işçinin əmək müqaviləsinə xitam verdiyi üçün onun yenidən işə qayıdıb-qayıtmamasına qərar verməkdə sərbəstdir.
Bu halların təcrübədə necə rəsmiləşdirilməsi ilə bağlı təşkilatımızın digər nəşrində “A-dan Z-yə Kargüzarlıq” kitabında nümunəvi sənəd formalarının köməyi ilə ətraflı məlumat verilib.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın