Nigar Vahabzadənin təqdimatında: İstifadə edilməyən məzuniyyət haqqına görə kompensasiyadan icbari tibbi sığortanın hesablanması
Suala İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə aydınlıq gətirib.
Sual: Əvvəlki illərdə istifadə olunmayan məzuniyyət haqqına görə kompensasiya, işçi işdən çıxarkən ona verilən son haqq-hesab, eləcə də həyatın yığım sığortasına yönəldilən vəsaitlər icbari tibbi sığortaya cəlb olunurmu?
Cavab: İstifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada işçiyə ödənilən kompensasiya məbləğləri icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur. “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.2-ci maddəsinin müddəalarına əsasən müəyyən edilmiş qaydada həyatın yığım sığortasına yönəldilən vəsaitlərdən də icbari tibbi sığorta üzrə sığorta haqqı hesablanır.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın