İşəgötürən başqa şəxslə əmək müqaviləsini təqdim edən işçini mütləq işdən tez çıxartmalıdır?
Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
Təcrübədə tez-tez rast gəlinən məsələlərdən biri işçinin yuxarıdakı səbəblərdən birini göstərməklə daha tez işdən çıxmaq istəməsidir. Misal üçün, işçi 15 fevral 2021-ci il tarixdə işəgötürənə ərizə ilə müraciət edərək bildirir ki, başqa yaşayış yerinə köçməsi ilə əlaqədar olaraq, onu 1 mart 2021-ci il tarixdən işdən azad etsin. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində konkret qeyd olunmayıb ki, işçi hansı “ən qısa müddətdə” işdən çıxa bilər. Amma məntiqlə yanaşsaq, əksər işçinin belə tez müddətdə işdən çıxarılması mümkün deyil. Çünki əvvəla, işəgötürən işdən çıxan işçi ilə təhvil-təslim prosesi aparmalıdır. Bundan başqa, işdən çıxan elə bir işçi ola bilər ki, onun qəflətən işdən çıxması halında işəgötürənin fəaliyyətində boşdayanmalar yarana bilər. O səbəbdən də işəgötürən mütləq yeni işçi tapdıqdan sonra mövcud işçini işdən azad etməlidir.
Digər nümunə işçinin başqa işəgötürənlə bağladığı əmək müqaviləsinin sürətini təqdim edərək mümkün qədər tez işdən çıxmaq istəməsidir. Maddədə “əmək müqaviləsi ləğv EDİLƏ BİLƏR” (seçdirmə müəllifindir – red.) ifadəsindən istifadə olunub. Əmək Məcəlləsinin 69-cu maddəsinin üçüncü hissəsində norma imperativ deyil, dispozitiv olaraq müəyyən edildiyi üçün işəgötürən işçinin ərizəsində göstərilən gündə əmək müqaviləsinə xitam verilməsi halı ilə razılaşmaya bilər. Bu halda işçi Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsində müəyyən edilmiş xəbərdarlıq müddətində işini davam etdirməlidir.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın