Operativ vergi nəzarət zamanı nağd əməliyyatlarda nələrə diqqət yetirilir?

Operativ vergi nəzarət zamanı nağd əməliyyatlarda nələrə diqqət yetirilir?

Satışı  davam edən "Vergi Məcəlləsi. Ümumi hissənin izahı" kitabından seçmə

- nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi (Maddə 50.1.11.)
16 dekabr 2016-cı il tarixli, 461-VQ saylı “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun tətbiqində əsas məqsəd nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaqdır.
Operativ vergi nəzarəti tədbirləri zamanı vergi orqanının vəzifəli şəxsi nağdsız hesablaşmaların pozulması ilə bağlı iki məsələyə diqqət yetirir:

- Aylıq nağd limitin gözlənilməsi;
- Mütləq nağdsız aparılan əməliyyatlar üzrə əməliyyatların düzgünlüyünün təmin edilməsi.
Birinci məqamla bağlı bildirək ki, “Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Maddədən göründüyü kimi, vergi ödəyiciləri aylıq nağd məxaric əməliyyatlarını 15 000 və ya 30 000 manatdan yuxarı həyata keçirdikdə, nağdsız hesablaşmalarla bağlı qanunun tələblərini pozmuş olurlar.
Misal. ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin nağd məxaric əməliyyatları 2020-ci ilin yanvar və fevtral ayında müvafiq olaraq 12 200 və 32 450 manat olub. Vergi ödəyicisi yanvar ayında qanunun tələblərini pozmasa da, fevral ayında nağd hesablaşmalar zamanı 2 450 manat (32 450 manat - 30 000 manat) məbləğində artıq nağd məxaric əməliyyatları həyata keçirib. Vergi orqanı bu halda vergi ödəyicisinə 2450 manatlıq pozuntuya görə maliyyə sanksiyası tətbiq edəcək.

İkinci halla bağlı bildirək ki, “Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.4-cü maddəsinə əsasən, bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:
vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
- “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;
- dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
- əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə - -- müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
- stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;
- faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
- dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
- təhsil haqlarının ödənilməsi;
- turagentlərə ödəmələr.
Maddədən göründüyü kimi, vergi ödəyicisinin aylıq 15 000 və ya 30 000 manatlıq limitdən aşağı nağd əməliyyatları olduğu halda belə, yuxarıda qeyd edilən hesablaşmalar mütləq şəkildə nağdsız şəkildə həyata keçirilməlidir.
Misal. Təhsil müəssisəsi ali məktəbə qəbul olan tələbədən illik tədris haqqı olan 4500 manatı nağd şəkildə qəbul edib. Vergi orqanının vəzifəli şəxsi operativ vergi nəzarəti zamanı təhsil müəssisəsi tərəfindən təhsil haqlarının nağd qəbul edilməsi halını aşkara çıxararaq maliyyə sanksiyası tətbiq edəcək.
Maliyyə sanksiyalarına gəlincə, “Nağdsız hesablaşmalar haqqında” AR Qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyaları tətbiq edilir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanunu pozmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər