Füzuli və ya Şuşanın azad olunmasına görə medal alan işçiyə 21 yoxsa 46 təqvim günü məzuniyyət hesablanmalıdır?
Satışına start verilən "Əməyin uçotu:A-dan Z-yə" kitabından seçmə
Əmək Məcəlləsinin 120-ci, “Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti” maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya ) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Maddədə diqqət çəkən məqam ikinci Qarabağ müharibəsində vuruşan, yaralanan və ya döyüşlərdə fərqlənənlərə (məsələn, Füzuli və ya Şuşanın azad olunmasına görə medal alan) 46 təqvim günü məzuniyyətin aid edilib-edilməsidir.
İkinci Qarabağ müharibəsində (Vətən müharibəsində) qələbə münasibətilə müvafiq qaydada Azərbaycan Respublikasının orden və medalları təsis edilib ki, bu döyüşlərdə fədakarlıq göstərmiş şəxslər ölkə Prezidenti tərəfindən orden və medallarla təltif ediliblər. Bu təltiflər Əmək Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltiflərinə aid edildiyi üçün həmin təltifləri olan işçilərə 46 təqvim günü müddətində əmək məzuniyyəti verilir.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
1 Komment
Pərvanə 08 Fevral 2022
Siz bunu vize gonderirdiz ama bunu icra etmirlerse biz ne etmeliyik bular hamisi kagiz uzerinde qalir
Şərh yazın