30 təqvim günü müddətində əsas məzuniyyət kimlərə verilməlidir?

30 təqvim günü müddətində əsas məzuniyyət kimlərə verilməlidir?

Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsinin 114-cü maddəsinin üçüncü hissəsinə əsasən, aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:
- kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə (“a” bəndi)
Vergi Məcəlləsinin 13-cü maddəsində qeyd edilir ki, kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə, sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi başa düşülür.
Misal üçün, işəgötürən pomidor bitkisinin becərilməsində işləyən işçiyə 30 təqvim günü əsas məzuniyyət müəyyən etməlidir.

- məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə (“b” bəndi) 
Bura dövlət qulluqçusu olan və məsul vəsifələrdə çalışan işçilər aiddir.
- Müəssisənin rəhbər işçiləri
Dövlət Statistika Komitəsinin hazırladığı məşğulluq təsnifatında qeyd edilir ki, idarəedicilər qrupuna başlıca vəzifələri dövlət siyasətinin istiqamətlərini müəyyənləşdirən və formalaşdıran, qanun və fərmanları hazırlayan və qəbul edən, onların işlənməsinə nəzarət edən, dövlətin adından təmsilçi funksiyalarını yerinə yetirən və onun adından fəaliyyət göstərən, müəssisə və təşkilatların, yaxud onların bölmələrinin fəaliyyətinin istiqamətlərini seçən, planlaşdıran və əlaqələndirən işçilərin peşə məşğulluğu daxil edilir. Bu qrupa uyğun gələn vəzifələrə direktoru, onun müavinlərini, şöbə və department müdirlərini misal göstərmək olar.
- Müəssisənin mütəxəssisləri 
Dövlət Statistika Komitəsinin hazırladığı məşğulluq təsnifatında qeyd edilir ki, peşəkar mütəxəssislər qrupuna o peşələr daxil edilir ki, bunların çərçivəsində başlıca vəzifələrin yerinə yetirilməsi təbiət, həmçinin ictimai və humanitar elmlər sahəsində yüksək səviyyəli peşə biliyi tələb edir. Vəzifələr mövcud bilik həcminin artırılmasından, elmi nəzəriyyələrin inkişafından və praktiki istifadəsindən, bədii nümunələrin və əsərlərin yaradılmasından, habelə fəaliyyətin müxtəlif sahələrində cəmiyyət tərəfindən toplanmış biliklərə mütəmadi yiyələnməkdən ibarətdir.
Bu qrupa uyğun gələn vəzifələr çoxdur. Misal üçün, mühasiblər, maliyyə təhlilçiləri, kadrlar və peşə yönümü üzrə peşəkar mütəxəssislər, təlimlər və kadrlar üzrə peşəkar mütəxəssislər, ictimaiyyətlə əlaqələr üzrə peşəkar mütəxəssislər, proqram təminatı yaradıcıları, hüquqşünaslar və s.

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər