Əmək qabiliyyətin itiriməsinə görə müavinətlərin hesablanması zaman MÜKAFATLAR necə nəzərə alınmalıdır?

Əmək qabiliyyətin itiriməsinə görə müavinətlərin hesablanması zaman MÜKAFATLAR necə nəzərə alınmalıdır?

Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əsasnamənin 31-ci bəndinə əsasən keçən və ya cari təqvim ilində işə qəbul olunmuş işçilərə mükafat əmək qabiliyyətinin itirildiyi günədək və ya hamiləliyə və doğuma görə məzuniyyət başladığı günədək işlədiyi müddətə görə verilir, bu zaman mükafatın miqdarı əvvəlki 12 aydan çox olmamalıdır və onun məbləği bu ayların sayına bölünür.

.

...

MisaL 3. İşçi 2019-cu ilin yekunlarına əsasən 2020-ci ilin mart ayında 6000 manat mükafat alıb. İşçi may ayında əmək qabiliyyətini 20 günlük itirib. İşçi 2019-cu ilin noyabr ayında əmək qabiliyyətini itirdiyinə görə həmin ay işləməyib. Bu zaman işçinin 2019-cu ili əhatə edən aylar üzrə mükafat məbləği 500 manat (6000 manat / 12 ay) manat olsa da, 2019-cu ilin noyabr ayında işləmədiyi üçün 500 manatlıq mükafat nəzərə alınmayacaq.

...

MisaL 5. 2020-ci ilin may ayında işçiyə uzun illik səmərəli fəaliyyətinə (10 il) görə 1200 manat mükafat verilib. İşçi 2020-ci ilin 10 oktyabr tarixindən əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda xəstəlikdən əvvəlki son 12 aylıq dövr olaraq oktyabr 2019-cu il – sentyabr 2020-ci il dövrünün ayları götürüləcək. İşçiyə may ayında hesablanan 1200 manatlıq mükafatı 12 aya böldükdə 100 manat alındığı üçün, 2019-cu ilin oktyabr – 2020-ci ilin may aylarında (8 ay) hər ay üçün 100 manat olmaqla, 800 manat nəzərə alınmalıdır.

...

MisaL 7. 2019-cu ilin aprel ayının 1-dən qəbul olunan işçiyə, ilin nəticələrinə görə 2700 manat mükafat verilib. İşçi 2020-ci ilin yanvar ayında əmək qabiliyyətini müvəqqəti itirərsə, bu halda işçinin 2019-cu ildə tam işləmədiyi nəzərə alınaraq, həmin mükafatın məbləği 12-ə yox, 9-a bölünməlidir və müavinət hesablanan zaman 2019-cu ili əhatə edən aylar üzrə 300 manat (2700 manat / 9 ay) orta mükafat nəzərə alınmalıdır.

2021-ci ilin apral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər