Müddətli əmək müqaviləsinin maksimum müddəti necə tənzimlənir?
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Müddətli əmək müqaviləsinin maksimum müddətinə gəlincə isə, Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Misal 1. İşəgötürən 2016-ci ilin yanvar ayında işçini 1 illik müddətə işə qəbul edir. İşəgötürən hər il müqavilənin müddətini 1 il artırıb. Artıq 2021-ci ilin yanvar ayından əmək müqaviləsinin müddətinin daha bir il artırılmasına icazə verilmir. Çünki əmək müqaviləsinin müddəti beş ili ötdükdən sonra müddətsiz hesab olunmalıdır.
Misal 2. Tikinti sektorunda fəaliyyət göstərən işəgötürən işçi ilə 2 illik müddətli əmək müqaviləsi bağlayıb. İşəgötürən əmək müqaviləsinə xitam verdikdən 6 ay sonra, yenidən həmin şəxslə 4 illik müddətli əmək müqaviləsi imzalayır. Misaldan göründüyü kimi, işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinin cəmi müddəti 6 il olub, amma hər iki müqavilə müddətlidir. İşçinin əmək müqaviləsinin müddəti 6 il olduğu üçün müddətsiz hesab olunmalıdır?
Göründüyü kimi, işçinin iki müqaviləsi arasında 6 aylıq fasilə olub. O səbəbdən də, Məcəllədə nəzərdə tutulan 5 illik müddət fasiləsiz davamiyyət tələb etdiyindən misalımıza uyğun olaraq 4 illik müddətli müqaviləsinin imzalanmasında hər hansı qanun pozuntusu yoxdur.
2021-ci ilin mart ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın