Əmək Məcəlləsinin 140-cı maddəsindəki “tam təqvim ayları” məfhumun izahı

Əmək Məcəlləsinin 140-cı maddəsindəki “tam təqvim ayları” məfhumun izahı

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Son olaraq, bəzi həmkarlarımızın Əmək Məcələsinin 140-cı maddəsinin ikinci hissəsindəki  “faktiki işlədiyi tam təqvim aylarına” məfhumuna görə işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmamalıdır” fikrinə münasibət bildirmək istərdik.

Misal.  İşçi 21 yanvar 2021-ci ildə vəzifəyə təyin olunub və tərəflərin qarşılıqlı razılığı ilə 25 fevral 2021-ci ildə onun əmək müqaviləsinə xitam verilib. İşçi işdən azad olunduqda, əmək məzuniyyətindən istifadə etmədiyinə görə ona kompensasiya hesablanmalıdır? Bəzi həmkarlar hesab edirlər ki, Əmək Məcəlləsinin 140-ci maddəsinin ikinci hissəsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Bu səbəbdən işçi tam iş ayı işləmədiyi üçün əmək məzuniyyətinə görə kompensasiya necə hesablanmalıdır?

Fikrimizcə, qısa müddət ərzində (məsələn 30 gündən az) işləyib işdən azad olunan işçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilib-verilməməsi məsələsinə baxılarkən öncə həmin işçinin qanunvericiliklə məzuniyyət hüququnun olub-olmamasına aydınlıq gətirilməlidir.  Əmək Məcəlləsinin 110-cü maddəsinin 1-ci hissəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Buradan görünür ki, işçinin əmək məzuniyyəti hüququ əmək müqaviləsinin müddəti ilə məhdudlaşdırıla bilməz. 

Belə olan halda, məsələn 36 təqvim günü işləyib işdən azad olunan fəhlə kateqoriyasına aid işçiyə istifadə edilməmiş 2 təqvim günü (36 / 365 x 21 = 2) məzuniyyət üçün kompensasiya ödənilməlidir.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər