İşəgötürən ixtisar zamanı işçilərə fərqli hesablama həyata keçirə bilər?
Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Mümküdür ki, işəgötürən ixtisar etdiyi işçiyə daha yüksək məbləğdə müavinət ödəsin. Əmək Məcəlləsinin 77-ci maddəsinin altıncı hissəsinə əsasən, kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.
Əmək Məcəlləsinin 77-ci maddəsındə işdənçıxarma müavinətinin ödənilməsi ilə bağlı “azı” sözündən istifadə edildiyi üçün, həmçinin Əmək Məcəlləsinin 77-ci maddəsinin altıncı hissəsinin tələblərinə əsasən, işəgötürən minimum tələbi ödəməyə borcludur.
Mİsal. İşəgötürən kollektiv müqavilədə nəzərdə tutur ki, təşkilatda uzun müddət çalışdığına görə əmək stajı 5 ildən çox işçilərə əmək haqqının iki misli yox, üç misli qədər müavinət ödənilsin. Orta aylıq əmək haqqının 550 manat olmasını nəzərə alsaq, bu halda müavinətin məbləği 1100 manat yox, 1650 manat (550 manat x 3 misli) təşkil edəcək.
Bu məsələdə diqqət yetiriləsi əsas məqam odur ki, müavinətin Məcəllədə nəzərdə tutulandan çox ödənilməsi üçün bu tələb mütləq kollektiv müqavilədə və ya işçinin əmək müqaviləsində öz əksini tapmalıdır.
Mİsal. İşəgötürən pandemiya ilə bağlı işçiləri ixtisar edərkən, qərar verir ki, hər bir işçi üzrə hesablanan müavinət məbləğini ikiyə vurmaqla işçilərə ödənilməsini həyata keçirsin. Hesab edək ki, pandemiyadan əvvəl ixtisar olunan işçilərə hər hansı fərqli yanaşma tətbiq edilməyib. Fikrimizcə, bu hal işçilər üzrə ayrı-seçkilik kimi qiymətləndirilə bilər. İşçilərin ödənişlərinin qanunvericilikdə nəzərdə tutulandan fərqli (yüksək) hesablanması işəgötürənin qərarı ilə həyata keçirilməsə, kollektiv müqavilədə, əmək müqavilələrində və ya işçilərin əmək haqqının ödənilməsi ilə bağlı daxili siyasət qaydalarında öz əksini tapsa, daha yaxşı olar.
2021-ci ilin mart ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın