Müddətli əmək müqaviləsi bitdiyi zaman xəbərdarlığın işçiyə verilməsi mütləqdir və ya xitam zamanı niyə 7 gün müəyyən edilib?
Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Müddətli əmək müqaviləsi ilə bağlı maraqlı məqamlardan biri Məcəllədə müddət bitdikdən sonra məhz bir həftə vaxt müəyyən edilməsidir.
Misal üçün, əmək müqaviləsi 31 mart 2021-ci ildə bitdiy halda, işəgötürən 5 aprel tarixində işçini xəbərdar edir ki, əmək müqaviləsinə xitam verir. Bu halda əmək müqaviləsinin bitmə tarixi 5 aprel müəyyən edilir və işçiyə də 5 günün əmək haqqı ödənilməlidir? Əmək Məcəlləsində “müddət bitdikdən sonrakı” ifadəsinin işlədilməsində məqsəd nədir?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Əmək Məcəlləsində müddətli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam verilməsi zamanı işçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulmayıb. Bu halda işəgötürən müqavilənin müddəti bitdiyi tarixdən 7 gün ərzində (yəni, 7 günün istənilən günündə) əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam verə bilər. Xitam verilən tarixədək (xitam verilən gün də daxil olmaqla) işçinin əmək haqqının ödənilməsi təmin edilməlidir.
Fikrimizcə, 7 gün müddətinin qanunvericiliyə salınmasının məqsədi başqadır. Müddətli əmək müqaviləsinin müddəti bitdikdə müqaviləyə dərhal və ya bir gün ərzində xitam verilməsi kimi sərtləşdirilmiş müddətlər qanunvericilikdə müəyyən edilərsə, müəyyən iş rejimlərində iş və istirahət günlərinin, eləcə də iş günü olmayan bayram günlərinin ardıcıl gəlməsi, kifayət qədər vaxtın olmaması (əmrin hazırlanması, elektron informasiya sisteminə daxil edilməsi, kadr üzrə məsul işçinin xəstə olması və s.) səbəbindən əmək müqaviləsinə xitam verilməsi prosesini poza bilər.
2021-ci ilin mart ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın