Əmək məzuniyyətlərinin növbəlilik qrafikinin hazırlanması necə həyata keçirilməlidir? (NÜMÜNƏVİ FORMA)

Əmək məzuniyyətlərinin növbəlilik qrafikinin hazırlanması necə həyata keçirilməlidir? (NÜMÜNƏVİ FORMA)

Satışı davam edən “A-dan: Z-yə: Kargüzarlıq” kitabından seçmə

İndi isə məsələyə işçinin mənafeyindən baxaq. Belə qrafikin tərtibinin işçiyə faydası odur ki, əgər siyahıda işçinin qrafiki, məsələn, iyul ayına planlaşdırılıbsa, işəgötürən işçinin məzuniyyət ərizəsinin üstünü yazmaya bilməz, bu, onun üçün əlavə problemlər yarada bilər.

İşin rəsmiləşdirilməsi tərəfinə gəlincə, hər ilin sonunda növbəti il üçün və ya hər ilin əvvəlində həmin il üçün məzuniyyətlərin növbəlilik qrafikinin hazırlanması işlərinə başlanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, qrafikin tərtibi yanvarın 31-dək yekunlaşmalıdır. Əvvəlcə, təşkilatın rəhbəri qrafikin hazırlanması üçün əmr imzalamalıdır. Əmrin nümunəvi formasını təqdim edirik:

Blank “Alov” MMC

ƏMR

№________

Bərdə şəhəri                      ____ ___________________2019-cu il

Əmək məzuniyyətlərinin növbəlilik qrafikinin hazırlanması haqqında

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133-cü maddəsinin tələblərinin təmin edilməsi, “Alov” MMC-də 2019-cu il üçün əmək məzuniyyətlərinin verilməsi qrafikinin tərtibi və təsdiqi məqsədilə

ƏMR EDİRƏM:

  1. Cəmiyyətin stuktur bölmələrinin rəhbərləri 15 yanvar 2019-cu il tarixindən gec olmayaraq Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Səmədağa qızına 2019-cu il üzrə əmək məzuniyyətlərinin növbəlilik qrafikinin layihəsinin tərtibi üçün lazımi məlumatı təqdim etsinlər. Məlumatın hazırlanması zamanı aşağıdakılar mütləq nəzərə alınmalıdır:

- Əmək məzuniyyəti hüququ olan işçilərin məzuniyyət vaxtı ilə bağlı istəkləri;

- Əsas məzuniyyətinin hissələrə bölünərək (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmamalıdır) verilməsi ilə bağlı işçilərin arzuları;

- Əvəzçilik qaydasında işləyənlərin əsas iş yerində məzuniyyət dövrü.

  1. Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Səmədağa qızı əmək məzuniyyətlərinin növbəlilik qrafikinin layihəsini hazırlayaraq müvafiq şöbələrin razılığını və “Alov” MMC-nin ilk həmkarlar ittifaqı təşkilatının müsbət rəyini aldıqdan sonra 31 yanvar 2019-cu il tarixindən gec olmayaraq təsdiq üçün təqdim etsin.
  2. Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Səmədağa qızı əmri aşağıdakı şəxslərin diqqətinə çatdırsın:

- Baş mühasib Səlimova Sultanə Samir qızı;

- Satış şöbəsinin müdiri Əliyev Səməd Şamil oğlu;

- Təchizat şöbəsinin müdiri Qafarov Qasım Qara oğlu.

...

...

  1. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Səmədağa qızına həvalə olunsun.

Direktor ________ Nəbili N.N.

Əmrlə tanış oldum:

Baş mühasib ___________Səlimova S.S. 

Tarix: _____ _____________

Satış şöbəsinin müdiri ______________Əliyev S.Ş.

Tarix: _____ _____________

Təchizat şöbəsinin müdiri _____________Qafarov Q.Q.

Tarix: _____ _____________

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər