Məzuniyyətlərin verilməsinin tənzimlənməsi ilə bağlı normativ sənəd niyə vacibdir?

Məzuniyyətlərin verilməsinin tənzimlənməsi ilə bağlı normativ sənəd niyə vacibdir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabından seçmə

Müəssisə və təşkilatlarda ilk növbədə, məzuniyyətlərin verilməsinin tənzimlənməsi ilə bağlı normativ sənədin qəbul olunması məsləhətdir. Sənədin necə adlandırılmasının hər hansı əhəmiyyəti yoxdur. Bu, işəgötürənin yanaşmasından asıldır, onu “əsasnamə” də adlandıra bilərsiniz, “qayda” da. Bu sənəd daxili normativ akt olmaqla, təşkilat daxilində bütün növ məzuniyyətlərin verilməsinin qabaqcadan reqlamanetləşdirilməsini, məzuniyyətlərin növbəlilik cədvəlinin (qrafikinin) tərtibini, cədvələ (qrafikə) dəyişikliklər olunmasını, təşkilatda işçilər üçün hansı məzuniyyətlərin nəzərdə tutulmasını, onların məzuniyyətdən geri çağırılmasını, məzuniyyətlərin hesablanması və ödənilməsi qaydalarını və digər vacib məsələləri özündə əks etdirməlidir.

Müəssisə və təşkilatlarda belə qaydanın qəbulu ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsində məcburi norma nəzərdə tutulmayıb. Normativ aktın qəbulu könüllüdür. Yeganə qanunvericilik tələbi ondan ibarətdir ki, belə əsasnamənin (qaydanın) qəbulu Əmək Məcəlləsində məzuniyyətlərin verilməsi ilə bağlı təsbit olunan şərtləri məhdudlaşdıra və ya pişləşdirə bilməz, ən azından Məcəllədə əks etdirilən şərtlər səviyyəsində olmalı, ya da o şərtlərin daha da yaxşılaşdırılmasını nəzərdə tutmalıdır.

Bu yerdə Sizi bir sual düşündürə bilər ki, əgər Azərbaycan Respublikasının Əmək Məcəlləsində, ümumilikdə əmək qanunvericiliyində məzuniyyətlərin tənzimlənməsi ilə bağlı normativ aktın qəbulu məcburi norma kimi nəzərdə tutulmamışsa, o zaman belə bir normativ aktın qəbulunun hansı üstünlükləri var?

Bu, çox vacib sualdır. Cavablandırmağa çalışaq.

Birincisi, əmək qanunvericiliyi hansı sektoru təmsil etməsindən, işin xarakterindən, əmək şəraitindən asılı olmayaraq bütün müəssisə və təşkilatlarda məzuniyyətlərin verilməsini tənzimləyir. Məsələn, pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə, kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə və həkimlərə, orta tibb işçilərinə və əczaçılara hesablanan məzuniyyətlərin bəzən müddəti, bəzən isə təqdim edilmə qaydası fərqlidir. Təşkilatda daxili normativ aktın qəbulunun üstünlüyü odur ki, belə sənəd Əmək Məcəlləsindən daha konkret, daha lakonikdir və yalnız təşkilatda verilməsi nəzərdə tutulan məzuniyyətləri və onların təqdim edilməsi qaydalarını və müddətlərini əks etdirir.

İkincisi, daxili normativ aktın qəbul olunması işəgötürənlə işçi arasında məzuniyyətlərlə bağlı hansısa əmək mübahisələrinin yaranmasına imkan vermir. Çünki işçi işə qəbul olunarkən əsasnaməni oxuyur və sənədlə tanış olduğunu imzası ilə təsdiq edir.

Üçüncüsü, belə bir sənədin olması işəgötürənə təşkilatda məzuniyyətlərlə bağlı qanunvericiliyə əməl olunmasını praktikada izləmək və onu qiymətləndirmək imkanı verir.

Dördüncüsü, Əmək Məcəlləsində nəzərdə tutulan əmək məzuniyyətinin növbəli verilməsi məsələsi belə qaydalarda daha ətraflı şəkildə təsvir olunur, növbəlilik cədvəlinin (qrafikinin) tərtibi, ona dəyişiklik edilməsi məsələləri dəqiq əks etdirilir.

Beşincisi, daxili aktda işçilərə işəgötürənin arzusu və vəsaiti hesabına Əmək Məcəlləsində nəzərdə tutulmayan əlavə məzuniyyətlərin verilməsi, məzuniyyət dövründə işçilərin istirahətinin və müalicəsinin təşkili məqsədilə əlavə ödənişlərin edilməsi də əks etdirilə bilər.

Nəhayət, altıncısı, daxili normativ sənədlə işçi işə qəbul olunanda tanış edilir, bu da işçidə işlədiyi təşkilatda məzuniyyətlərin necə tənzimlənməsi ilə bağlı aydın təəssürat yaradır.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər