Qısaldılmış iş vaxtı kimlərə şamil olunmalıdır?
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabından seçmə
Qısaldılmış iş vaxtı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müəyyənləşdirdiyi xüsusi kateqoriyalı işçilərə, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətlərinə uyğun olaraq təyin edilir. Aşağıdakı işçilər qısaldılmış iş vaxtı güzəştindən istifadə etmək hüququna malikdirlər:
- 16 yaşınadək işçilər (həftəlik 24 saatdan çox olmamaqla);
- 16 yaşdan 18 yaşadək işçilər, 1-ci, 2-ci qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər (həftədə 36 saatdan artıq olmamaqla);
- Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilər (həftəlik 36 saatdan çox olamamqla);
- Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (məsələn, həkimlər, müəllimlər, elektrotexniki qurğularda, cihazlarda çalışanlar) işləyənlər (həftə ərzində 36 saatdan çox olmamaq şərtilə).
İşçi üçün qısaldılmış iş vaxtı əmək müqaviləsində, kollektiv müqavilədə və digər normativ aktda nəzərdə tutla bilər. Bəzi işçilər işə qəbul olunanda onlara münasibətdə əmək şəraiti şərtlərinə qısaldılmış iş vaxtı təyin edilməlidir. Məsələn, işçinin yaşı 18-dən aşağıdırsa, 1-ci, 2-ci qrup əlildirsə, zərərli istehsalat sahəsində çalışırsa, poliklinikalarda, ambulatoriyalarda, dispanserlərdə, tibb məntəqələrində, stansiyalarda, bölmələrdə və kabinetlərdə, doğum evləri və xəstəxanalarda xəstələrin ambulator qəbulu ilə məşğul olan həkimdirsə və sair.
Ancaq mümkündür ki, işçi işə qəbul edildikdən bir neçə ay sonra hamilə olduğuna görə qısaldılmış iş vaxtı hüququndan faydalansın. Bu üstünlük hüququnu ona Əmək Məcəlləsi verir. Bu zaman, birinci növbədə işçinin ərizəsi əsasında müqaviləsinə əlavə razılaşmanın imzalanması və iş vaxtının həftəlik 36 saatdan az olmasının həmin sənəddə əks etdirilməsi lazımdır, daha sonra bu dəyişiklik əmrlə rəsmiləşdirilməlidir.
2021-ci ilin mart ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın