Pandemiya dövründə risk qrupuna daxil olan işçilərin işə davamiyyəti necə rəsmiləşdirilməlidir?

Pandemiya dövründə risk qrupuna daxil olan işçilərin işə davamiyyəti necə rəsmiləşdirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabının “Karantin dövründə əmək münasibətlərinin rəsmiləşdirilməsi” bölməsindən seçmə

İndi isə koronavirusla bağlı risk qrupuna daxil olan işçilərin işə davamiyyətinın dayandırılması (və ya azaldılması) halının rəsmiləşdirilməsinə baxaq. Qeyd edək ki, müəssisə bu qərarı verməkdə sərbəstdir.

Blank “Alov” MMC

ӘMR

№________

Bakı şәhәri                                                     ____ _________2020-ci il

 Risk qrupuna daxil olan işçilərin işə davamiyyəti haqqında

Azәrbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini nəzərə alaraq koronavirusla bağlı risk qrupuna daxil olan işçilərin sağlamlığının qorunması məqsədilə

ӘMR EDİRӘM:

  1. Qeydiyyatda olduğu poliklinikadan şəkər, ürək-damar, tənəffüs yolları xəstəliyinin olması ilə bağlı arayış təqdim edən işçilərin işə davamiyyəti dayandırılsın.
  2. Baş mühasib Əliyev Tapdıq Samir oğlu qeyd olunan işçilərin əmək müqavilələrində nəzərdə tutulmuş əmək haqlarının hesablanaraq ödənilməsini təmin etsin.
  3. Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızı:

3.1. əmrin tələblərinin iş vaxtının tabel uçotunda nəzərə alınmasını təmin etsin.

3.2. işçiləri əmrlə tanış etsin.  

 

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Muradov D.Ə.

Tarix: ________

Təbii ki, işəgötürənlər risk qrupuna daxil olan işçilərin işə davamiyyətini tamamilə dayandırmaya da bilər. Onların güzəştli şərtlərlə işə gəlməsini nəzərdə tutulması da mümkündür. Bu, işəgötürənin seçimindən asılıdır.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər