İşçinin natamam iş vaxtı ilə işə qəbulu necə rəsmiləşdirilir?
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” kitabından seçmə
Əmr formaları oxşar olduğundan biz yalnız bir halla bağlı nümunəni təqdim edəcəyik. Təqdim edilmiş əmrin mətni üzərində müvafiq dəyişikliklər aparmaqla sizə lazım olan formanı asanlıqla tərtib edə bilərsiniz.
Blank “Alov” MMC
ƏMR
№________
Saatlı şəhəri 12 sentyabr 2019-cu il
İşçinin natamam iş vaxtı ilə işə qəbulu haqqında
Əzimova Zülfiyyə Qafur qızının 11 sentyabr 2019-cu il tarixli ərizəsinə əsasən onunla bağlanılmış 12 sentyabr 2019-cu il tarixli, __ №-li əmək müqaviləsinə uyğun olaraq
ƏMR EDİRƏM:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 94-cü maddəsinin birinci hissəsinin tələblərinə uyğun olaraq Əzimova Zülfiyyə Qafur qızı natamam iş vaxtı rejimi ilə (saat 9:00-dan 13:00-dək) 12 sentyabr 2019-cu il tarixdən 12 aprel 2020-ci il tarixinədək (7 ay müddətində) Mühasibatlıq şöbəsinə kassir vəzifəsinə təyin edilsin.
- Baş mühasib Səlimova Sultanə Sahib qızı işçiyə işlədiyi natamam iş vaxtına mütənasib əmək haqqı hesablanılmasını təmin etsin.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Nağızadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Əmrlə tanış oldum:
__________ Səlimova S.S.
12 sentyabr 2019-cu il
__________ Əzimova Z.Q.
11 sentyabr 2019-cu il
2021-ci ilin fevral ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın