Ezamiyyə xərci üzrə vəsait 3 iş günü ərzində geri qaytarılmadıqda işçinin gəliri hesab edilir?

Ezamiyyə xərci üzrə vəsait 3 iş günü ərzində geri qaytarılmadıqda işçinin gəliri hesab edilir?

Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Qeyd etdiyimiz kimi, Vergi Məcəlləsinin 98.2.7-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş vəsait Nazirlər Kabinetinin “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”na uyğun qaydada geri qaytarılmadğı halda həmin vəsaitin məbləği muzdlu işlə əlaqədar alınan gəlir hesab edilməlidir.

Maddədən göründüyü kimi, işəgötürən tərəfindən təhtəlhesab şəxsə ödənilən məbləğlə bağlı qaydaların tələblərinin pozulması zamanı gəlirin tanınması müzakirə obyektidir. Vergi Məcəlləsinin 98.2.7-ci maddəsində ezam olunan şəxslə bağlı müddət tələbinin pozulmasına gəlirin tanınması kimi yanaşılması nəzərdə tutulmayıb. Amma ezam olunan şəxs ezamiyyə müddəti bitdikdən sonra 3 iş günü ərzində avans hesabatı təqdim etməzsə, pul vəsaitinin uçota alınması qaydasını pozmuş hesab edilərək Vergi Məcəlləsini 58.8-ci maddəsinə uyğun maliyyə sanksiyasına məruz qala bilər.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Elvin Məmmədov 04 Fevral 2021

    Ezamiyyə xərcləri ilə bağlı istifadə olunmayan məbləğin 3 iş günü ərzində geri qqaytarilmadiqda işçinin gəliri hesab olunur.Nağd pul hesablaşmaıları haqqında qanunda təhtəlhesaba vəsait təqdim edildikdə 3 gün ərzində geri qaytarilmasi barədə məsələyə rast gəlmədim.3 gün məsələsi hansı qanunla tənzimlənir?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər