Əmək məzuniyyətlərinin növbəlilik qrafiki necə təsdiq edilir? (Nümünəvi forma)
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabından seçmə
Əmək məzuniyyətlərinin növbəlilik qrafiki təşkilat rəhbərinin əmri ilə təsdiq olunur. Belə əmrin nümunəvi formasını təqdim edirik.
Blank “Alov” MMC
ƏMR
№________
Xaçmaz şəhəri ____ ___________________2021-ci il
2021-ci il üçün əmək məzuniyyətlərinin növbəlilik qrafikinin təsdiq edilməsi haqqında
İstehsalın və işin normal gedişinin tənzimlənməsini, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133-cü maddəsinin tələblərinə uyğun olaraq
ƏMR EDİRƏM:
- “Alov” MMC-də 2021-ci il üçün əmək məzuniyyətlərinin növbəlilik qrafiki təsdiq edilsin (Əlavə olunur).
- Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Həsənağa qızı işçilərin təsdiq olunmuş qrafiklə tanış olmasını, razılıq imzalarının atılmasını və 2021-ci il ərzində qrafikə əməl olunmasını təmin etsin.
- Baş mühasib Səlimova Sultanə Samir qızı 2021-ci il üçün uçot siyasətini tərtib edərkən, məzuniyyətlərin ödənişi üçün ehtiyatın formalaşdırılmasını və bu xərclərin il ərzində bərabər şəkildə maya dəyərinə daxil edilməsini nəzərdə tutsun.
- Əmrin icrasına nəzarəti özümdə saxlayıram.
Qoşma: 2 vərəq, 1 nüsxə
Direktor ________ Nəbili N.N.
Əmrlə tanış oldum:
Baş mühasib ___________Səlimova S.S.
Tarix: _____ _____________
Əmək məzuniyyətlərinin növbəlilik qrafikinin yuxarısında, solda təsdiqetmə qrifi olur. Təşkilatın rəhbərinin vəzifəsi, soyadı, adı, atasının adı, əmrin tarixi və nömrəsi qeyd olunur. Təsdiqetmə qrafikinin tərtibi və sənədin hansı hissəsində, necə yerləşdirilməsi barədə kitabın əvvəlki bölmələrində geniş məlumat verilib. Qrafikin aşağısında isə təşkilatın Kadrlarla iş şöbəsinin imzası olur. Əgər təşkilatda ilk həmkarlar ittifaqı təşkilatı fəaliyyət götərirsə, o zaman sənədin yuxarısında təsdiqetmə qrifi ilə bir sırada, solda “İlk həmkarlar ittifaqı təşkilatının ____ ______2021-ci il tarixli, ______№-li rəyi nəzərə alınmışdır” qeydi yerləşdirilir.
2021-ci ilin fevral ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın