Müavinətin hesablanması zamanı maksimal hədd necə müəyyən edilir?
Növbəti həftədən satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Əsasnamədə digər məhdudiyyət günlük məzuniyyət məbləğinin tavan həddinin müəyyən edilməsidir. 3-cü bənddə qeyd edilir ki, müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.
Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 1 oktyabr 2019-cu il tarixədək 160 manat təşkil edib. Həmin tarixdən sonra minimal məbləğ 200 manat müəyyən edilib. Deməli, müavinətin aylıq maksimal həddi 1 oktyabr 2019-cu il tarixdən 5000 manat (200 manat x 25) müəyyən edilib.
Müavinətin məbləği iş günlərinə uyğun müəyyən edildiyindən əsasnamədə bu məsələyə də aydınlıq gətirilib. Əsasnamənin 28-ci bəndində qeyd edilir ki, gündəlik müavinətin məbləği orta gündəlik qazanc və əsasnamə ilə müəyyən edilən miqdarlar (faiz nisbətləri) nəzərə alınmaqla müəyyən edilir və onun maksimal həddi aylıq maksimal həddin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
Fikrimizi misallarla izah edək. Tutaq ki, “A” MMC-nin işçisi 20 sentyabr 2019-cu il tarixdən 8 oktyabr 2019-cu il tarixədək əmək qabiliyyətini itirib. İşçinin son 12 ayda əmək haqqını sabit olaraq aylıq 6000 manat qəbul edək. Bu halda işçinin bir iş gününə düşən orta gündəlik qazancın məbləği 297,52 manat (72 000 manat (6 000 manat x 12 ay)/242 gün) təşkil edib.
Qeyd etdiyimiz kimi, işçi 20 sentyabr 2019-cu il tarixdən 8 oktyabr 2019-cu il tarixədək əmək qabiliyyətini itirib. Deməli, sentyabr və oktyabr ayında müvafiq olaraq 7 və 6 iş gününə görə müavinət ödənilməlidir. İlk 14 təqvim gününə düşən iş günlərinin sayı 10 iş günüdür. Həmin 10 iş gününə görə müavinəti işəgötürən ödəyəcək. DSMF isə 3 iş günə görə müavinət ödəməlidir.
Yekun müavinətin məbləğinin hesablanması aşağıdakı şəkildə olacaq:
Qeyd etdiyimiz işçinin əmək haqqı 6000 manat olduğu üçün, bir iş gününə düşən orta gündəlik qazancın məbləği 297,52 manat təşkil edir. Amma bu məbləğ maksimal məbləğdən yüksək olduğu üçün nəzərə alınmayacaq. İlk olaraq sentyabr ayında bir iş gününə düşən müavinətin maksimal məbləğini müəyyən edək:
1 iş gününə görə nəzərə alınacaq maksimal məbləğ = (160 manat (pensiyanın baza hissəsi) x 25 misli) / 21 gün (sentyabr ayındakı iş günlərin sayı) = 190.48 manat.
Oktyabr ayında həm pensiyanın baza hissəsi, həm də iş günlərinin sayı dəyişdiyi üçün bir iş gününə düşən müavinətin maksimal məbləği də fərqli olacaq:
1 iş gününə görə nəzərə alınacaq maksimal məbləğ - (200 manat (pensiyanın baza hissəsi) x 25 misli) / 23 gün (sentyabr ayındakı iş günlərin sayı) = 217.39 manat.
Göründüyü kimi, işçiyə hesablanan 297,52 manatlıq orta gündəlik qazanc məbləği həm sentyabr, həm də oktyabr ayında iş gününə düşən müavinətin maksimal məbləğindən yüksəkdir. O səbəbdən hər iki ay üzrə iş günlərinə düşən maksimal məbləğ 297,52 manat qəbul edilməyəcək. Sentyabr və oktyabr aylarında gündəlik maksimal müavinət məbləği müvafiq olaraq 190,48 və 217,39 manat götürüləcək.
2021-ci ilin fevral ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın