Vergi ödəyicisi xarici ölkənin vətəndaşı olan işçiyə icbari tibbi sığorta hesablamalıdır?
Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə
“Tibbi sığorta haqqında” AR Qanununun 15-2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.
Həmçinin Qanunun 15-2.3-cü maddəsinə əsasən, Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.
Mİsal 1. Neft sektorunda fəaliyyət göstərən vergi ödəyicisi əcnəbi işçisinə 10 000 manat əmək haqqı hesablayıb. Bu halda vergi ödəyicisi həm əmək haqqıdan, həm də əmək haqqı fondundan 170 manat ((8000 x20 faiz)+ (10 000- 8000) x 0.5 faiz) icbari tibbi sığorta haqqı hesablamalıdır.
Mİsal 2. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-rezident vergi ödəyicisi yerli sahibkarlar kimi aylıq olaraq 10 manat (250 (minimum əmək haqqı) x 4 faiz) icbari tibbi sığorta hesablamalıdır.
Mİsal 3. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi əmək fəaliyyəti ilə məşğul olmur. Bu zaman həmin şəxs üçün icbari tibbi sığorta paketi nəzərə tutulmayacaq. Yəni, ölkəmizin müvafiq vətəndaşları üçün nəzərdə tutulan məbləğ – dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat hesablanmayacaq.
2021-ci ilin fevral ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
1 Komment
Azər 17 Mart 2021
burda məntiq hardadır? Əvvəl qeyd olunur ki, əcnəbilərə şamil edilmir, sonra isə yazılır ki əmək haqqı alan əcnəbilərdən tutulur.
Şərh yazın