Əmək Məcəlləsinin tətbiq ediliyi iş yerləri necə müəyyən edilir?
Növbəti həftədən satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Əmək Məcəlləsinin 4-cü, “Bu Məcəllənin tətbiq edildiyi iş yerləri” maddəsinin birinci hissəsinə əsasən, Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir.
Bəzən həmkarlarımızda belə fikir formalaşıb ki, Əmək Məcəlləsi hərbi hissələrə şamil edilmir. Amma bu, yanlışdır. Məcəllənin 6-cı maddəsinin izahında Əmək Məcəlləsinin şamil olunmadığı şəxslər və iş yerlərinin fərqli anlayış olmaları məsələsinə toxunacağıq. Hərbi hissədə çalışan hərbi qulluqçulara Əmək Məcəlləsinin tələbləri şamil edilmir, amma hərbi hissədə çalışan mülki işçilər üçün Məcəllənin tələbləri tətbiq olunur.
Mümkündür ki, işçinin iş yeri öz evi olsun. Bu halda Əmək Məcəlləsinin tələbləri həmin iş yerinə də tətbiq edilir?
Əmək Məcəlləsinin 4-cü maddəsinin ikinci hissəsinə əsasən, Bu Məcəllə işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir.
Karantin rejiminin tətbiqi səbəbindən məcburən evdən işləmə hallarına tez-tez rast gəlinir. Amma o da mümkündür ki, işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən, işçinin öz evindən işləməsinə razılıq əldə edilsin.
2021-ci ilin fevral ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın