İşçinin əsas yeri olmadan əlavə iş yerində çalışa bilər?

İşçinin əsas yeri olmadan əlavə iş yerində çalışa bilər?

Növbəti həftədən satışda olacaq “Əməyin uçotu:A-dan Z-yə” kitabından seçmə

Həmkarlarımızdan daxil olan suallardan biri də, əsas iş yeri olmayan işçi əlavə iş yerində çalışmaq hüququnun olub-olmaması ilə bağlıdır.

Əmək Məcəlləsinin 58-ci maddəsinin  1-ci hissəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.  

Əmək Məcəlləsinə əsasən işçinin bir əsas iş yeri və bir neçə əlavə iş yerləri ola bilər. “Əmək müqaviləsi bildirişi” altsistemində işçinin iki əsas iş yeri üzrə bildirişinin daxil edilməsi məhdudlaşdırılmışdır. Lakin işçinin əmək müqaviləsinə əsas iş yerində xitam verildikdə  əsas iş yerində əmək müqaviləsi olmadan əlavə iş yeri üzrə əmək müqaviləsi qüvvədə qala bilir.

İşəgötürən və işçi  bütün zəruri tədbirləri görməlidirlər ki, işçinin əsas iş yeri olmadan əlavə iş yeri üzrə işə qəbul edilməsi hallarının qarşısı alınsın.  İşçinin əsas iş yeri olmadan əlavə iş yeri üzrə çalışması halında bəzi əmək hüquqları (iş vaxtının müddəti, xəstəlik vərəqəsinin ödənilməsi və s.) məhdudlaşır ki, bu hallar əmək mübahisəsinin yaranmasına səbəb ola bilər.

 

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər