İşəgötürən əmək şəraiti müəyyən edərkən nələrə diqqət yetirməlidir?
Növbəti həftədən satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə”kitabından seçmə
Əmək Məcəlləsinin 7-ci maddənin birinci bəndində qeyd edilir ki, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bundan əlavə, 7-ci maddədinin üçüncü bəndinə əsasən, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.
İndi isə hər iki maddə üzrə tələbləri misallarla izah etməyə çalışaq.
Misal 1. İşəğötürən kollektiv əmək müqaviləsində qeyd edir ki, işçilər iş ili ərzi 14 gündən çox əmək məzuniyyəti hüququndan istifadə etdikdə, onlara aylıq əmək haqqının bir misli qədər ödəniş həyata keçirəcək. Göründüyü kimi, bu hal artıq işəgötürənin təşəbbüsü ilə əmək şəraitinin yaxşılaşdırıması kimi qiymətləndirilir və əmək qanunvericiliyinə zidd hesab edilmir.
Misal 2. İşəgötürən kollektiv əmək müqaviləsində qeyd edib ki, analıq məzuniyyəti bitdikdən və ya qismən ödənişli sosial məzuniyyətindən vaxtından öncə geri qayıdan işçi həmin tarixdən 6 ay müddətində yenidən qismən sosial ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilməz. Kollektiv müqavilədə bu cür bəndin olması işçinin əmək hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. İşçi hüququn pozulmasını mübahisələndirdii halda, işəgötürən tərəfindən ona dəyən maddi və (və ya) mənəvi ziyan ona ödənilməlidir.
2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın