Bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi necə həyata keçirilir? (Misallarla izah)
Bu gündən satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə
“Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması” Qaydasının 2.4-cü maddəsinə əsasən, pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, pul vəsaitləri həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir. Kassa mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır.
Maddədən göründüyü kimi, vergi ödəyicisinin mütləq əməl eməli olduğu konkret tələblər mövcuddur.
Birinci tələb ondan ibarətdir ki, vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.
Mİsal. Vergi ödəyicisi 18 yanvar 2021-ci il tarixdə bank hesabından çıxardığı 15 000 vəsaiti 19 yanvar 2021-ci il tarixdə kassaya mədaxi edib. Vergi ödəyicisinin vəsaiti həmin gün yox, növbəti gün kassaya mədaxil etməsi uçot qaydalarının pozulması kimi qəbul edilə bilər. Bu zaman vergi orqanının Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq etmək hüququ var.
İkinci tələb ondan ibarətdir ki, bank hesabından çıxarılan vəsait kassa mədaxil orderində qeyd edilməklə kassaya mədaxil edilməlidir. Yəni, vergi ödəyicisi bank hesabından çıxarılan vəsaitin birbaşa təhtəlhesab şəxsdə qalmaqla, xərclənməsinə qərar verə bilməz.
Mİsal. Vergi ödəyicisi bankdan təsərrüfat xərcləri üçün 3000 manat çıxartmağa qərar verir. Bu halda vergi ödəyicisi həmin vəsaiti mütləq kassaya mədaxil etməli, sonra isə kassa məxaric orderi ilə təhtəlhesab şəxsə ödəniş etməlidir. Bank hesabından çıxarılan vəsaitin qeyd edilən qaydada həyata keçirilməməsi uçot qaydalarına ziddir.
Üçüncü tələb odur ki, bank hesabından çıxarılmış nağd pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və ya bank hesabından çıxarışda göstərilən məbləğlə uyğun olmalıdır.
Mİsal. Vergi ödəyicisinin çekinin kötüyündə 4000 manat yazılıb, ancaq bank hesabından həmin məbləğdən fərqli vəsait çıxarılıb. Bu, vergi ödəyicisi tərəfindən uçot qaydalarının pozulmasıdır.
2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın