İşçinin saatlıq icazəsi necə tənzimlənməlidir?

İşçinin saatlıq icazəsi necə tənzimlənməlidir?

Növbəti həftədən satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İşçinin saatlıq icazəsi ilə bağlı əksər həmkarlarımızdan suallar daxil olmasını nəzərə alaraq, bu məsələyə də aydınlıq gətirmək istərdik. Əmək Məcəlləsinin 12-ci maddəsinin “ə” bəndinə əsasən işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək işəgötürənin əmək münasibətləri sahəsində əsas vəzifələrindən biridir.

Azərbaycan Respublikası 2010-cu il 11 may tarixli 1003-IIIQ nömrəli Qanunu ilə  Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına qoşulmuşdur ki, bu Konvensiyanın 5-ci maddəsinə əsasən milli şəraitə və imkanlara uyğun olaraq bütün tədbirlər görülür ki, yerli səviyyədə tədbirlərin planlaşdırılmasında ailə vəzifələri olan işçilərin tələbatları nəzərə alınsın. Bu Konvensiyanın 165 nömrəli Tövsiyəsində göstərilir ki, milli səviyyədə elə şərait yaradılmalıdır ki, haqqı ödənilən iş yerinə yetirən və  ya yerinə yetirmək  istəyən, ailə öhdəlikləri olan şəxslər   hüquqlarını ayrı-seçkiliyə məruz qalmadan və mümkün olan qədər peşə və ailə öhdəliklərini harmonik birləşdirərək həyata keçirə bilsinlər, onların əmək şəraiti və sosial təminat sahəsində tələbatları nəzərə alınsın, ailə öhdəlikləri olan işçi, onun qulluğuna və ya köməyinə ehtiyacı olan digər yaxın ailə üzvünün xəstələndiyi halda, məzuniyyət almaq imkanına malik olsun,  ailə öhdəliklərinin yerinə yetirilməsini yüngülləşdirmək  üçün   hər növ  dövlət və özəl xarakterli  tədbirlərin  keçirilməsinə kömək göstərilsin.

Yuxarıda qeyd edilənlərə əsasən, işçilər, xüsusi ilə ailə vəzifələri olan işçilər  maddi-məişət şəraiti ilə əlaqədar olaraq, işəgötürəndən iş vaxtı ərzində icazə ala bilərlər ki, bu halda onların maraqları işəgötürən tərəfindən nəzərə alınmalı, mümkün olduğu qədər işəgötürən tərəfindən onların icazə aldıqları iş saatlarında əmək haqlarının saxlanılması təmin edilməlidir.  

İşçilərə əmək haqqı saxlanılmaqla icazələrin verilməsi kollektiv müqavilələrdə, kollektiv müqavilə bağlanılmadıqda əmək müqaviləsində tənzimlənə bilər.

 

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər