İşəgötürən yeni işçi ilə bağlı məlumatları texniki problem səbəbindən daxil edə bilməzsə, nə etməlidir?
Növbəti həftədən satışda olan “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Təcrübədə rast gəlinən hallardan biri də, işçi ilə əmək müqaviləsi imzalanmasına baxmayaraq, texniki səbəblərdən işçinin əmək müqaviləsini elektron informasiya sisteminə daxil etmək mümkün olmamasıdır. Maralqıdır bu zaman işçiyə həmin günlərə görə əmək haqqı hesablaması qanunaziddir?
Qeyd etdiyimiz kimi, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
Misal. İşəgötürən 26 yanvar 2021-ci il tarixdə əmək müqaviləsi bildirişi almadan işçini işə cəlb edir. Amma işəgötürən ölkədə baş verən internet probleminə görə texniki problemə görə işçinin əmək müqaviləsinin qeydiyyatını 28 yanvar 2021-ci ildə tarixində həyata keçirilib. Bu halda işəgötürən sonradan həmin problemi aradan qaldırmaq üçün “Əmək müqaviləsi bildirişi” altsisteminə xidmət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət edə bilər, lakin bu halda əmək müqaviləsinin sistemə daxil edilməməsi səbəbləri obyektiv olmalıdır. Səbəblər əsaslı olduqda həmin əmək müqaviləsinin “Əmək müqaviləsi bildirişi” altsisteminə işçinin işə başladığı tarixdən daxil edilməsi üçün işəgötürənə imkan yaradılır.
Bir daha qeyd edirik ki, daxil edilməmə səbəbi obyektiv olmalıdır. Misal üçün, işəgötürən müraciət edərək bildirir ki, HR müttəxəssisi işçi ilə bağlı məlumatı subyektiv səbəblərdən elektron informasiya sisteminə daxil edilməyib. Mümkündür ki, dövlət qurumu bu halda müraciəti müsbət cavablandırmasın.
2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın