Yaş həddi ilə bağlı məhdudlaşma kimlərə şamil olunmur?

Yaş həddi ilə bağlı məhdudlaşma kimlərə şamil olunmur?

Növbəti həftədən satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 4-cü maddəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

Əmək Məcəlləsinin 10-1.1-cü maddəsinə əsasən, Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Məcəlləsinin 4-cü maddəsinin üçünçü hissəsində qoyulan məhdudiyyətləri misallarla izah edək:

 

Misal 1.  Azərbaycan Dövlət İqtisad Universtitetində çalışan professorun yaşı 65 olduğu üçün işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi- dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatmasına görə əmək müqaviləsinə xitam verə bilməz. Həmin müəllimə sağlamlığı imkan verən yaşa qədər ali məktəbdə çalışa bilər.

Misal 2.  Özəl müəssisədə çalışan işçinin 65 yaşı tamam olur. İşəğötürən Məcəlləsinin 70-ci maddəsinin “e” bəndini əsas tutaraq işçini işdən azad edə bilməz. Çünki, Məcəlləyə əsasən çalışmanın yaş həddi dövlət büdcəsindən maliyyələşən müəssisələrə şamil olunmur. Ozəl müəssəsislərdə işçinin yaşı ilə bağlı hər hansı məhdudiyyət Məcəllədə nəzərdə tutulmayıb.

 

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər