Maraqlı məqam: İşçinin məzuniyyətdə olduğu zaman işdən çıxma haqqında ərizəsi yazmaq hüququ var?

Maraqlı məqam: İşçinin məzuniyyətdə olduğu zaman işdən çıxma haqqında ərizəsi yazmaq hüququ var?

Növbəti həftədən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Təcrübədə rast gəllinən hallardan biri də, məzuniyyətdə olan işçinin əmək fəaliyyəti ilə bağlı fəaliyyətlərin aparılmasıdır.

Əmək Məcəlləsininin bəzi maddələri var ki, əmək məzuniyyətində olan işçilərə müəyyən hüquqlar var. Məsələn, Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, işçi məzuniyyətdə olduğu dövrdə müddətli əmək müqaviləsinin müddəti bitərsə, onun əmək müqaviləsinə işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Digər misal. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən məzuniyyətdə olan müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, 79-cu maddənin tələbləri Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

Maraqlıdır ki, məzuniyyətdə olan işçini öz xahişi ilə işdən azad etmək olar?

Fikrimizcə, Əmək Məcəlləsinin 79-cu maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam hallarını (sınaq müddətinin bitməsi, əmək funksiyasının pozulması və s.) tənzimləyir. O səbəbdən də, işçinin hüququ çatır ki, məzuniyyətdə dövründə işdən çıxma haqqında ərizəsini təqdim etsin.

Misal. İşçi 10 oktyabr 2020-ci il tarixdən 30 günlük məzuniyyətə çıxır. İşçi 20 oktyabr 2020-ci il tarixdə işdən çıxma haqqında ərizə yazaraq 30 oktyabr 2020-ci il tarixdən işdən azad olunmasını işəgötürəndən xahiş edir. İşəgötürənin razılığı olarsa, işçinin 30 oktyabr 2020-ci il tarixdə işdən çıxması rəsmiləşdirilə bilər. Bu halda işçi 30 oktyabr 2020-ci il tarixdə son haqq-hesab rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün işə çıxmalıdır.

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər