Sərəncamverici sənəd hesab edilən qərar necə hazırlanmalıdır? (Nümünəvi forma)
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabının “Sərəncamverici sənədlər (əmr, protokol, qərar): tərtibi,rəsmiləşdirilməsi və qeydiyyatı” bölməsindən seçmə
Kollegial şəkildə idarə olunan təşkilatlarda, səhmdar cəmiyyətlərdə, bir neçə təsisçinin yaratdığı MMC-lərdə də idarəetmə vasitəsi kimi sərəncamverici sənəddən - qərardan istifadə olunur.
Bir neçə nümunəyə baxaq.
-------------------------------------------------------------------------------------
Q Ə R A R №____
Gəncə şəhəri “ ”________ 20__-ci il
“Alov” Məhdud Məsuliyyətli Cəmiyyətinin
təsis edilməsi haqqında
Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə
Q Ə R A R A A L I N S I N :
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, “Alov” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilsin.
- Cəmiyyətin nizamnaməsi təsdiq edilsin.
- Cəmiyyətin nizamnamə kapitalı hər birinin nominal dəyəri 1000 (bir min) manat olan 2 (iki) paydan ibarət olmaqla 2.000 (iki min) manat məbləğində müəyyən edilsin.
- Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Salamov Qadir Miri oğlu (şəxsiyyət vəsiqəsi AZE № ______) təyin edilsin.
Təsisçi __________ Muradov Cəmil Adil oğlu (şəxsiyyət vəsiqəsi AZE № __________)
Təsisçi __________Alişov Sabir İntiqam oğlu (şəxsiyyət vəsiqəsi AZE № _________)
-------------------------------------------------------------------------------------
Nümunə:
“Alov” MMC
QƏRAR
Bakı şəhəri “ ” _______ 20___-c_ il
“Atəş” filialının yaradılması haqqında
Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi və yeni iş yerlərinin açılması məqsədilə “Alov” MMC-nin nizamnaməsinə uyğun olaraq
QƏRARA ALINSIN:
- Cəmiyyətin “Atəş” filialı yaradılsın və onun Əsasnaməsi təsdiq edilsin (Əsasnamə əlavə olunur).
- Cəmiyyətin balansında olan ...................................................... ünvanda
yerləşən ...................................................................... daşınmaz əmlak və
daşınmaz əmlakın növü göstərilir (qeyri yaşayış sahəsi, bina , tikili və s.)
........................................................................filialın istifadəsinə verilsin.
(avadanlıq, qurğu, nəqliyyat və s.)
- “Atəş” filialının direktoru vəzifəsinə İbişov Əhməd Nazim oğlu təyin edilsin.
- Filialın vergi uçotuna alınması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən 30 gün müddətində Vergilər Nazirliyinə müraciət edilsin.
Qoşma: 5 vərəq, 1 nüsxə
Direktor: ________Salamov Qadir Miri oğlu
Möhür
-------------------------------------------------------------------------------------
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya