Karantin rejimində işəgötürən tərəfindən işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi (Nümünəvi forma)

Karantin rejimində işəgötürən tərəfindən işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi (Nümünəvi forma)

Satışı davam edən “Kargüzarlıq: A-dan Z-yə” kitabının “Karantin dövründə əmək münasibətlərinin rəsmiləşdirilməsi” bölməsindən seçmə

Bir məsələni qeyd edək ki, yuxarıda qeyd etdiyimiz iki haldan (ödənişli və ya ödənişsiz məzuniyyət) birini seçərkən işəgötürənin işçilərə münasibətdə ayrı-seçkiliyə yol verməsi qadağandır. Başqa sözlə desək, eyni vaxtda işçilərin bir hissəsini ödənişli, digər hissəsini ödənişsiz məzuniyyətə göndərmək yolverilməzdir. Əmək Məcəlləsinin 16-cı maddəsi əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsini qadağan edir. İndi isə belə müəssisələrdə (fəaliyyəti tam məhdudlaşdırılmış) işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması əmrinin nümunəvi formasına baxaq.

 Blank “Alov” MMC

ӘMR

№________

Bakı şәhәri                                                ____ ____________2020-ci il

 Koronavirus pandemiyası ilə bağlı işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi haqqında

Azәrbaycan Respublikasının Nazirlər Kabinetinin ___ __________2020-ci il tarixli, ___№-li qərarı ilə Səhmdar Cəmiyyətin fəaliyyətinin tam məhdudlaşdırılmasını nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinin birinci hissəsinə әsaslanaraq

ӘMR EDİRӘM:

  1. ____ ___________ 2020-ci il tarixdən Səhmdar Cəmiyyətin Satış və Marketinq departamentlərinin işçiləri 1 (bir) ay müddətində ödənişsiz məzuniyyətə göndərilsin.
  2. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızına həvalə olunsun
  3. İşçilərin əmrlə tanış olmaları həyata keçirsin.

 Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Qafarov S.M.

Tarix: ________

__________ Quliyev R.Ә.

Tarix: ________

Qeyd edək ki, fəaliyyəti tam məhdudlaşdırılmış müəssisələrdə işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi işəgötürənin əsaslandırılmış qərarı əsasında olmalıdır. Çünki belə qərarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır.

 

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

1 Komment

  1. Arif 10 Yanvar 2021

    maraqli odurki emek mecelesinde 6 aydan cox odenisiz mezuniyyet yokdur..ama ela sahe var meselen Idman zallari mart ayindan fealiyyet dayanib 10 aydir.sirketdaa fealiyyet 3 aydan sonra saxladi..indi isciler odenisiz mezuniyyetda ola ola dovletda 4 defa pandemiyadan zerar cekanlera dovlet deseteyi gosterib ,pul odeyib ondanda deyir DSMF ode 26%.sahibkarda gelan yardimi az oldux ucun odeyib emek haqqi isciye DSMF yuku ise qalib sahibkarin uzerinde.indi gozleyir ya dovlet o borcu lexv eda (isde yox) yada is baslayanda xirda xirda dsmf borcun odeyar.sahibkar taniyiram dovletin iscilera odediyi yardim gore 600 azn dsmf borcu yixilib ona gore iscileri isden cixarib ki birde dovlet isciya emek haqqi yardimi etmesin.gunki sahibkar yuklenir,ve bank emaliyatina gore muhasibde is yaranir oda sahibkardan emek haqqi isteyir,en yaxsi fealiyyet tam baxli ve iscilerda isden azad.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər