Sosial məzuniyyətə gedən işçini əvəz edən şəxsin əmək müqaviləsinin tərtib edilməsi (NÜMÜNƏVİ FORMA)
Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" kitabının "İşçinin müvəqqəti işə götürülməsinin rəsmiləşdirilməsi" bölməsindən seçmə
Müvəqqəti (müddətli əmək müqaviləsi ilə) işə götürülən işçi ilə bağlanan əmək müqaviləsinin “Əmək müqaviləsinin müddəti” bölməsində növbəti səhifədəki formada qeydlər yazılması lazımdır (“Əmək müqaviləsinə xitam verilməsi” bölməsi istisna olmaqla müqavilənin digər bölmələri adi qaydada doldurulduğu üçün təkrarçılığa yol vermirik):
§2. Əmək müqaviləsinin müddəti
2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Yox
2.2. İşin birinci __________ həftəsi (ayı) sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini __________ gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər.
2.3. Bu Əmək müqaviləsi işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olması (AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndi) səbəbindən 10 yanvar 2020-ci il tarixindən 10 yanvar 2021-ci il tarixinədək, 08 yanvar 2020-ci ildə 1 (bir) il müddətinə bağlanmışdır.
2.4. İşçi 10 yanvar 2020-ci il tarixindən işə başlayır.
Qeyd edək ki, bu şəkildə bağlanılan müddətli əmək müqaviləsi ilə bağlı təcrübədə ən çox rast gəlinən problem işçinin razılaşdırılan müddətdən tez geri qayıtmasıdır. Misal üçün, işçi bir il müddətinə qismən ödənişli sosial məzuniyyətdən istifadə etmək üçün müraciət edir. Onun müraciəti işəgötürən tərəfindən müsbət cavablandırılır, işçi məzuniyyətə çıxır.
Lakin 6 aydan sonra işçi işəgötürənə müraciət edir ki, qismən ödənişli sosial məzuniyyətdən geri qaytmaq istəyir. Bu zaman işəgötürəni işçinin geri qayıtmasına razılıq verməlidir. Amma məzuniyyətdə olan işçinin yerinə işə qəbul olunmuş işçi ilə 1 illik müddətli əmək müqaviləsi imzalandığı üçün müəyyən problemlər yarana bilər. Sonradan problem yaranmaması üçün bu məsələ yeni işə götürülən işçinin işə qəbul əmrində və əmək müqaviləsində, eyni zamanda məzuniyyətə çıxan işçinin əmrində nəzərə alınmalıdır.
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya