İşçi ixtisarla bağlı rəsmi xəbərdarlıq aldıqdan bir neçə gün sonra işdən çıxa bilər?
Satışı bitən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu: 2020" (II nəşr) kitabından seçmə
Təcrübədə rast gəlinən hallardan biri də odur ki, işçi xəbərdarlıq müddəti aldıqdan sonra müavinət alaraq işdən çıxmaq istəmədiyini bildirsə də, müəyyən dövr işlədikdən sonra müavinət alaraq əmək müqaviləsinə xitam verilməsini xahiş edir.
Əmək Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsində qeyd edilir ki, xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
Maddəni misalla izah edək:
Misal. İşəgötürən bir ilədək iş stajı olan və orta aylıq əmək haqqı 400 manat təşkil edən işçiyə 13 dekabr 2019-cu il tarixdə xəbərdarlıq məktubu təqdim edir. İşçi xəbərdarlığı aldığı tarixdə bu hüququndan istifadə etmədiyini bildirsə də, 17 dekabr 2019-cu il tarixdə müraciət edir ki, müavinəti alaraq, 18 dekabr 2019-cu il tarixdən etibarən işləməyəcək. Bu halda işçiyə ödəniləcək müavinəti hesablamaq üçün, ilk olaraq xəbərdarlıq müddətindən ötən günlərin sayını hesablayaq. 13 -17 dekabr 2019-cu il tarixlərində 5 gün var. Deməli, müavinətin hesablanması belə olacaq:
Müavinət məbləği = ((Orta aylıq əmək haqqı x X misli) x (xəbərdarlıq müddətinin qalan günü) / (xəbərdarlıq müddəti günü) = ((400 manat x 0,5 misli) x (14-5 gün)/ (14 gün)= 128,57 manat.
Göründüyü kimi, işçi xəbərdarlıq müddətində işdən çıxmağa razılıq versəydi, 200 manat (400 manat x 0,5 misli) alacaqdı, 5 gündən sonra qərar verdiyi üçün ona 128,57 manat müavinət təqdim olunur.
Əmək qanunvericiliyi ötmüş günlərə görə müavinəti ona görə azaldır ki, işçiyə xəbərdarlıq müddətindən sonra ötən hər gün üçün əmək haqqı alır.
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya