Sınaq müddəti hansı halda artırılır? (Nümünəvi forma)

Sınaq müddəti hansı halda artırılır? (Nümünəvi forma)

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" kitabının "işə qəbul, başqa işə keçirilmə, işdən kənarlaşdırma və işdən azad olunmanın rəsmiləşdirilməsi" bölməsindən seçmə

Sınaq müddəti işçinin biliklərinin və peşəkar vərdişlərinin yoxlanılması məqsədi ilə təyin olunur. Bəzən müəyyən səbəblərdən bunu əvvəlcədən nəzərdə tutulan müddətdə həyata keçirmək mümkün olmur. Məsələn, tutaq ki, 2 aylıq sınaq müddəti dövründə işçi əmək qabiliyyətini müvəqqəti olaraq 20 gün itirir. Bu zaman sınaq müddətinin işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi vaxt qədər artırılması ilə bağlı işəgötürən əmr imzalaya bilər. Belə əmrin nümunəvi forması aşağıdakı kimidir:

Blank “Alov” MMC
ƏMR
№________

Xaçmaz şəhəri ____ ________________2019-cu il

İşçinin sınaq müddətinin artırılması haqqında

Satış şöbəsinin sınaq müddətində olan işçisi Quliyev Rza Əşir oğlunun təqdim etdiyi 26 avqust 2019-cu il tarixli, ___№-li xəstəlik vərəqinə əsaslanaraq
ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq Quliyev Rza Əşir oğlunun sınaq müddəti 20 (iyirmi) gün uzadılsın.
2. Sınaq müddətinin bitmə tarixi 23 oktyabr 2019-cu il tarixi hesab edilsin.
3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum: __________ Quliyev R.Ə.

Tarix: ________

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər