Işçi əmək müqaviləsinə xitam üçün müraciət etməsinin halları və sənədləşməsi

Işçi əmək müqaviləsinə xitam üçün müraciət etməsinin halları və sənədləşməsi

Satışı yekunlaşan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Öncə işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi hallarına aydınlıq gətirək. İşçi hansı hallarda əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə müraciət edə bilər? Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçinin öz ərizəsi ilə işdənçıxma hallarına aşağıdakılar aid edilir:
- İşçi yaşa və ya əlilliyə görə təqaüdə çıxdıqda;
- Təhsil davam etdirmək üçün təhsil müəssisəsinə daxil olduqda;

- Yeni yaşayış yerinə köçdükdə;
- Başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda;
- Seksual qısnamaya məruz qaldıqda;
- Hər hansı səbəb bildirmədən işdən çıxmaq istədikdə.
İşçi yuxarıda qeyd etdiyimiz hallarda işdən çıxması haqqında ərizəsini işəgötürənə təqdim etməlidir. İşçi səbəbini göstərməklə işdən çıxırsa, həmin səbəbi təsdiq edən sənədləri də təqdim etməlidir. Əmək Məcəlləsində səbəblərin təsdiqedici sənədləri haqqında konkret məlumat verilməsə də, fikrimizcə səbəblər üzrə sənədlər aşağıdakı kimi olmalıdır:
1) Yaşa və ya əlilliyə görə təqaüdə çıxdıqda - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumunun sənədi;
2) Təhsilini davam etdirmək üçün təhsil müəssisəsinə daxil olduqda - Təhsil müəssisəsinə qəbul olunması haqqında arayışı;
3) Yeni yaşayış yerinə köçdükdə - Yeni yaşayış evinin qeydiyyat şəhadətnaməsi. Əgər qeydiyyatda deyilsə, yaşayış yeri üzrə müvafiq mənzil kommunal idarəsindən arayış;
4) Başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda - Yeni işəgötürənlə bağladığı əmək müqaviləsi;
5) Seksual qısnamaya məruz qaldıqda - Seksual qısnamaya məruz qalması haqqında işəgötürənə müraciəti. Burada işəgötürənin qeyd edilən məsələ üzrə araşdırma apararaq verdiyi rəy də önəmlidir.

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər