DİQQƏT! 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiqləndi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli Qərarı ilə 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli Qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar |
– |
Yeni il bayramı; |
20 yanvar |
– |
Ümumxalq hüzn günü; |
8 mart |
– |
Qadınlar günü; |
20, 21, 22, 23, 24 mart |
– |
Novruz bayramı; |
9 may |
– |
Faşizm üzərində qələbə günü; |
13,14 may |
– |
Ramazan bayramı; |
28 may |
– |
Respublika günü; |
15 iyun |
– |
Azərbaycan xalqının milli qurtuluş günü; |
26 iyun |
– |
Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü; |
20,21 iyul 8 noyabr |
– – |
Qurban bayramı; Azərbaycan Respublikasının Zəfər günü; |
9 noyabr |
– |
Azərbaycan Respublikasının Dövlət bayrağı günü |
31 dekabr |
– |
Dünya azərbaycanlılarının həmrəyliyi günü. |
2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində 25 mart, 10 may tarixləri istirahət günləridir.
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya