İşçinin əmək funksiyası əmək müqaviləsində necə qeyd edilməlidir?

İşçinin əmək funksiyası əmək müqaviləsində necə qeyd edilməlidir?

Satışı davam edən “Kargüzarlıq: A-dan Z-yə” kitabının “Əmək müqaviləsi məlumatlarının elektron sistemə daxil edilməsi qaydası” bölməsindən seçmə

İşçinin əmək funksiyası haqqında məlumat verək. Qeyd edək ki, əmək funksiyasını daxil etmək üçün 2 variantdan istifadə olunur:

1) İşçinin əmək funksiyasını qeyd etməklə.

—————————————————————————————

  • 3. İşçinin əmək funksiyası

3.1. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:

  1. a) Qəbul edilən və göndərilən məktubların qeydiyyatının həyata keçirilməsi;
  2. b) Əmr, qərar, protokol və digər kargüzarlıq sənədlərinin layihələrinin hazırlanması;
  3. c) Kargüzarlıqla bağlı digər fəaliyyətlərin həyata keçirilməsi;
  4. d) ........................................................................................

(əmək funksiyası tam təfsilatı ilə sadalanmalıdır)

3.2. Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.

3.3. İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir.

3.4. İşçi əmək funksiyasının icrası zamanı işəgötürənin istehsal fəaliyyəti ilə bağlı özünün ixtiraları, səmərələşdirici təklifləri barədə dərhal ona məlumat verməlidir. İşəgötürən öz növbəsində həmin ixtiraların, işçinin müəlliflik hüququnun və mülkiyyətçinin mənafeyinin qorunması üçün konkret tədbirlər görməlidir.

—————————————————————————————

  1. Vəzifə təlimatı qeyd edilməklə.
  • 3. İşçinin əmək funksiyası

3.1. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:

  1. a) İşçinin əmək funksiyaları əmək müqaviləsinə əlavə olaraq tərtib olunmuş və imzalanmış vəzifə təlimatı ilə tənzimlənir;
  2. b) İşçi vəzifə təlimatında olan bütün əmək funksiyalarına əməl etməyə cavabdehlik daşıyır;
  3. c) ......................................;

(əmək funksiyası tam təfsilatı ilə sadalanmalıdır)

3.2. Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin də-yişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.

3.3. İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir.

3.4. İşçi əmək funksiyasının icrası zamanı işəgötürənin istehsal fəaliyyəti ilə bağlı özünün ixtiraları, səmərələşdirici təklifləri barədə dərhal ona məlumat verməlidir. İşəgötürən öz növbəsində həmin ixtiraların, işçinin müəlliflik hüququnun və mülkiyyətçinin mənafeyinin qorunması üçün konkret tədbirlər görməlidir.

 

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

1 Komment

  1. dsds 20 İyun 2023

    https://www.mks.az/hr/publidzations/item/11345-i%C5%9F%C3%A7inin-%C9%99m%C9%99k-funksiyas%C4%B1-%C9%99m%C9%99k-m%C3%BCqavil%C9%99sind%C9%99-nec%C9%99-qeyd-edilm%C9%99lidir.html

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər