Karantin dövründə işə gəlməyən işçilərin hansı əlavələri ödənilməyə bilər?

Karantin dövründə işə gəlməyən işçilərin hansı əlavələri ödənilməyə bilər?

Satışı bitən “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu” kitabından seçmə

Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir:

 - Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

- Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

-  Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli qərarına əsasən müvafiq qaydada işçinin orta əmək haqqı deyil, əmək haqqı saxlanılır. Bu baxımdan əmək funksiyaları evdə iş, habelə distant (məsafədən) iş və ya teleiş formasında yerinə yetirildikdə, əmək şəraiti şərtləri dəyişərsə, müəyyən əlavələrin verilməsi dayandırıla bilər. Məsələn, gündəlik yemək pulu əvəzinə ödənilən məbləğlər, ağır və zərərli əmək şəraitinə,  gecə vaxtı işə görə və s.bu kimi əlavələr  ödənilməyə bilər.

 

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər