Karantin dövründə işəgötürənin təşəbbüsü ilə verilən ödənişsiz məzuniyyətin maksimum müddəti neçə gündür?

Karantin dövründə işəgötürənin təşəbbüsü ilə verilən ödənişsiz məzuniyyətin maksimum müddəti neçə gündür?

Satışı bitən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 146-ci maddəsinin birinci hissəsinə əsasən, işçilərin qrup halında məzuniyyətə göndərilməsi zamanı ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
Misal. İşəgötürənin qərarına əsasən, 30 günlük əsas məzuniyyətə malik olan işçi maksımum 60 günlük (30 gün x 2 illik müddət) ödənişsiz məzuniyyətə buraxıla bilər. Əsas məzuniyyət müddəti 21 gün olan fəhlənin ödənişsiz məzuniyyəti 42 gündən (21 gün x 2 illik müddət) çox ola bilməz.
Maddədə “Əmək məzuniyyəti” yox, “Əsas məzuniyyət” məfhumundan istifadə edildiyi üçün, bu halda işçinin əlavə məzuniyyəti nəzərə alınmır.
Tutaq ki, 20 illik staja görə 6 günlük əlavə məzuniyət hüququ olan və ya 1 illik staja görə əlavə məzuniyyət hüququ olmayan mütəxəssisin ikisinə də eyni qaydada - 60 günlük ödənişsiz məzuniyyət hesablanır.

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər