Karantində növbəli iş rejimi necə müəyyənləşdirilməlidir? (Nümünəvi forma)
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabının “Karantin dövründə əmək münasibətlərinin rəsmiləşdirilməsi” bölməsindən seçmə
Ancaq işin xüsusiyyətindən asılı olaraq bütün işçilərin məsafədən çalışması mümkün olmaya bilər. O zaman növbəli iş rejiminin tətbiq edilməsi məqsədəuyğundur. Burada növbəli iş rejimi dedikdə, klassik mənada növbəli iş rejimi başa düşülməməlidir. Ola bilər ki, bir həftə bir işçi heyəti, ikinci həftə digər işçi heyəti ofisdə çalışsın. Və yaxud mümkündür ki, həftənin 2 günü bir işçi qrupu, 3 günü isə başqa işçi qrupu çalışsın. Növbəti həftə 3 gün işləyənlərlə 2 gün işləyənlər yerlərini dəyişsinlər. Ofisdə işləmədikləri müddətdə isə evdən çalışsınlar.
Bu halda əmrin nümunəvi forması belə olacaq:
Blank “Alov” MMC
ӘMR
№________
Bakı şәhәri ____ ____________2020-ci il
Karantin dövründə növbəli iş rejiminin tətbiqi haqqında
Azәrbaycan Respublikasının Nazirlər Kabinetinin ___ __________2020-ci il tarixli, ___№-li qərarına әsaslanaraq qapalı yerlərdə COVİD-19 virusunun yayılması təhlükəsinin qarşısının alınması və işçilərin sağlamlığının qorunması məqsədilə
ӘMR EDİRӘM:
- ____ ________ 2020-ci il tarixdən karantin müddəti bitənədək müəssisədə aşağıdakı qaydaları nəzərdə tutan xüsusi iş rejimi tətbiq olunsun.
- Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızı:
2.1. şöbə müdirləri ilə birlikdə bir həftə məsafədən (evdən), bir həftə işdə çalışmaq əsas götürülməklə işçilərin növbə cədvəlini tərtib edərək direktorla razılaşdırsın.
2.2. növbəli iş rejiminin həyata keçirilməsi üçün hər şöbədən ən azı 1 nəfər olmaqla 2 işçi qrupu müəyyənləşdirsin.
2.2.1. ____ ___________ 2020-ci il tarixdən ofisdə birinci qrup, növbəti həftədən isə ikinci qrup çalışsın.
2.2.2 qrupların bir-birini əvəz etməsi qeyd olunan ardıcıllıqla (ev-iş) karantin rejiminin sonunadək davam etsin.
2.3. qeyd olunan dəyişiklikləri iş vaxtının tabel uçotunda nəzərə alsın.
2.4. növbəli iş rejimi və iş vaxtı ilə bağlı işçiləri məlumatlandırsın.
- Baş mühasib Əliyev Tapdıq Samir oğlu:
3.1. xüsusi iş rejimi dövründə işçilərin əmək müqavilələrində nəzərdə tutulan əmək haqlarının əvvəlki qaydada hesablanıb ödənilməsini təmin etsin.
Direktor _______ Nәbili N.N.
Әmrlә tanış oldum:
__________ Qafarov S.M.
Tarix: ________
__________ Quliyev R.Ә.
Tarix: ________
Bir məsələni də qeyd edək ki, növbəli iş rejiminə, məsafədən işləməyə, natamam iş həftəsinə və natamam iş vaxtına keçildikdə, işçilər mütləq öncədən rəsmi şəkildə məlumatlandırılmalı, razılıqları alınmalıdır.
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın