İşçinin işәmuzd işə qәbul olunması necə rəsmiləşdirilməlidir?

İşçinin işәmuzd işə qәbul olunması necə rəsmiləşdirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” kitabının “Əmək müqaviləsi məlumatlarının elektron sistemə daxil edilməsi qaydası” bölməsindən seçmə

 Misal. İşəgötürən qərar verir ki, 10 ay müddətində, 5 günlük iş rejimində tam ştat vahidi suvaqçı vəzifəsi üzrə vakant yer yaradılsın və işçinin vəzifə maaşı 600 manat müəyyən edilsin. Həmçinin əmrdə qeyd edilir ki, işçinin əməyinin ödənilməsi işəmuzd olaraq həyata keçirildiyindən ona suvadığı hər kvadrat metrə görə 8 manat əmək haqqı ödənilsin.

Ştat vahidinin yaradılması ilə bağlı müvafiq bölmədə əmr nümunələri təqdim edildiyindən bu fəsildə digər əmr formalarını verəcəyik. Misalımıza uyğun əmrin nümunəvi forması növbəti səhifədəki kimi olacaq:

 

Blank “Alov” MMC

ӘMR

№________

Bakı şәhәri                                               ____ __________2020-ci il

İşçinin işә qәbul olunması haqqında

Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 81-ci maddәsinin 1-ci bәndinә vә Quliyev Rza Әşir oğlu ilә bağlanılmış ___ ________2020-ci il tarixli vә ___№-li әmәk muqavilәsi bildirişinә әsaslanaraq

ӘMR EDİRӘM:

  1. Quliyev Rza Әşir oğlu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “c” bəndinə uyğun olaraq ___ __________ 2020-ci il tarixdәn ___ __________ 2020-ci il tarixinə kimi, 10 (on) ay müddətində “Alov” MMC-də suvaqçı vәzifәsinә işə qəbul edilsin.
  2. İşçi ___ __________ 2020-ci il tarixdәn işə başlasın.
  3. İşcinin aylıq vәzifә maaşı ştat cәdvәlinә uyğun olaraq 600 (altı yüz) manat müәyyәnlәşdirilsin.
  4. Baş mühasib Əliyev Tapdıq Samir oğluna tapşırılsın ki, işçinin yerinə yetirdiyi işin (suvadığı divarın) hər kvadrat metrinə görə 8 (səkkiz) manat işəmuzd qiyməti müəyyən olunmaqla, onun aylıq əmək haqqının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq hesablanılmasını həyata keçirsin.
  5. Əməyin təhlükəsizliyi üzrə mühəndis Qafarov Səməd Malik oğluna tapşırılsın ki, işçinin ayda bir dəfə əməyin mühafizəsi və təhlükəsizliyi qaydaları ilə təlimatlandırılmasını təmin etsin.
  6. Әmrin icrasına nәzarәt Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızına hәvalә olunsun.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Əliyev T.S.

Tarix: ________

__________ Qafarov S.M.

Tarix: ________

__________ Quliyev R.Ә.

Tarix: ________

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər