İşçinin iki iş ili üzrə məzuniyyəti birlikdə istifadə etmək hüququ var?
Satışı bitən “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020” (II nəşr) kitabından seçmə
Təcrübədə rast gəlinən hallardan biri də, işçinin iki iş il üzrə məzuniyyətinin birləşdirilməsi halıdır. Əmək Məcəlləsinin 113-cü maddəsində qeyd edilir ki, təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.
Bu maddənin tələblərində diqqət yetiriləsi əsas məqam odur ki, mütləq təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ yaranmalıdır. Misal üçün, “A” MMC-nin işçisi 1 avqust 2019-cu il tarixdə işə qəbul olunub. Bu zaman işçi 2020-ci ilin mart ayında iki iş ili üzrə məzuniyyət hüququndan istifadə etmək istərsə, o zaman icazə verilməyəcək. Çünki işçinin ikinci iş il üzrə məzuniyyət hüququ 2020-ci avqust ayından başlayacaq. Amma 2020-ci ilin oktyabr ayında işçinin birinci iş ilindən qalan tam və ya hissəvi məzuniyyət günlərini növbəti iş ilinin tam və ya qalıq məzuniyyət günləri ilə toplayaraq istifadə etmək hüququ yaranır.
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın