Müqavilə üçün qanunvericilikdə hansı tələblər mövcuddur?
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” kitabının “təşkilati-idarəetmə sənədləri (müqavilə, akt, təlimat): hazırlanması və təsdiqinə tələblər” bölməsindən seçmə
Müqavilə, başqa sözlə desək, müqavilə münasibətlərilə hamımız tez-tez qarşılaşırıq. İnsan mahiyyətcə sosial varlıq olduğundan, hansısa məsələ ilə bağlı razılığa gəlmək qabiliyyətini rifahlı həyatın təminatı da adlandırmaq mümkündür. Razılaşma (müqavilə) hansısa məsələ ilə bağlı ümumi dil tapmaqdır, amma heç də həmişə müqavilənin şərtləri tərəflərin hər biri üçün ədalətli olmur. Şəxsi həyatımızda mövcud vəziyyətlə bağlı sərfəli şərtləri müəyyənləşdirmək öz əlimizdədir. Ancaq sahibkarlıq fəaliyyəti zamanı müqavilələrin bağlanması və icrası ciddi şəkildə qanunvericiliklə tənzimlənir. Müqavilələrlə bağlı əsas qanunvericilik aktı Mülki Məcəllə olsa da, digər normativ-hüquqi aktlarda da tənzimləyici müddəalar və məcburi müqavilə formaları təsbit olunmuşdur.
Mülki Məcəllənin 20-ci fəsili “Müqavilə hüququ” adlanır. Burada müqavilənin tərifi aşağıdakı kimi verilir: “Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır”.
Mülki Məcəllə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək hüququnu tanıyır: “390.1. .......
Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər”.
Məcəllənin tələbinə görə, müqavilə bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
Məcəlləyə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun Mülki Məcəllədə göstərildiyi hallar istisna təşkil edir: “390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir”.
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
1 Komment
Taleh 10 Mart 2022
Mülki Məcəlləni ksereks edib köçrübsünüz bura , buna görə almalıyam bu kitabı.
Şərh yazın