Əmək məzuniyyətinin verilməsi zamanı hansı prinsiplər gözlənilir?

Əmək məzuniyyətinin verilməsi zamanı hansı prinsiplər gözlənilir?

İşçi sayı çox olan işəgötürənlər işçilər əmək məzuniyyətindən istifadəsinin rahatlığını təmin etmək üçün əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəli tərtib edə bilər. Əmək Məcəlləsinin 133-cü maddəsinə əasən, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.

Maddədən göründüyü kimi, növbəlilik cədvəlinin tərtib olunması məcburi deyil, tövsiyə olunur. Növbəlilik cədvəlinin tərtib olunması zamanı işçinin rəyi öyrənilməlidir. Əgər işəgötürəndə həmkarlar ittifaqları təşkilatı mövcuddursa, mütləq onların da rəyi nəzərə alınmalıdır.

Misal. “A” MMC qərar verir ki, 2020-ci il üçün növbəlilik cədvəli tərtib olunsun. Bu zaman işçilərin rəyini öyrənməklə yanaşı, işəgötürənin də fikirləri nəzərə alınmalıdır. Misal üçün, bank sənədlərində birinci və ya ikinci imza hüququ olan şəxslərin və ya hər hansı bölmənin işçilərinin eyni vaxtda məzuniyyət getməməsi nəzərə alınmalıdır.

Məlumat üçün bildirək ki, məzuniyyətin növbəliliyi cədvəlinin tərtib olunması və ona dəyişiklik edilməsi barədə digər nəşrimiz “A-da Z-yə Kargüzarlıq” kitabında ətraflı məlumat verilib.

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın