İşçi öz iş yerində də əvəzçilik müqaviləsi ilə çalışa bilər?

İşçi öz iş yerində də əvəzçilik müqaviləsi ilə çalışa bilər?

Təcrübədə rast gəlinən hallardan biri də işçinin əsas iş yerində əvəzçilik müqaviləsi ilə çalışmasıdır.

Misal. Məmmədov Turan əsas iş yerində kassir vəzifəsində çalışsa da, əvəzçilik müqaviləsi üzrə iş vaxtından sonra 4 saat mühafizəçi vəzifəsində çalışır.

Əmək Məcəlləsinin 58-ci maddəsində qeyd edilir ki, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

Maddədən göründüyü kimi, işçinin əsas iş yerində əvəzçilik qaydasında işləməsinə hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər