Sənədlərin surətlərinin təsdiqi ilə bağlı tələblər
Bəs, hansısa təşkilat əsli onda olan, lakin başqa təşkilatlara məxsus sənədlərin surətlərinin düzgünlüyünü təsdiq etmək səlahiyyətinə malikdirmi?
Bu məsələ sənədlərin surətlərinin təsdiqi ilə bağlı ziddiyyətli məqamlardan biridir. Nə standartlarda, nə də müvafiq Təlimatda başqa təşkilata məxsus olan sənədin surətinin təsdiq olunması və ya ondan çıxarışın verilməsi barədə heç nə yazılmayıb. Ancaq bu o anlama gəlməməlidir ki, təşkilatda saxlanılan, ancaq başqa təşkilata məxsus olan sənədin əslinin və ya ondan çıxarışın təsdiqlənərək verilməsinə hər hansı qadağa var. Milli qanunvericilikdə belə bir məhdudiyyət yoxdur. Təşkilat əsli onda olan, lakin başqa təşkilata məxsus sənədi (məsələn, kontragentin məktubunu) surətini təsdiq edə bilər, lakin başqa təşkilatın təsis, qeydiyyat, əmr, sərəncam kimi sənədlərini təsdiq etmək səlahiyyətinə malik deyil. Bu məsələdə diqqətli olmağınız tövsiyə edilir.
İndi isə hansı sənədlərin surətlərinin kimlərə verilməsi məsələsinə diqqət yetirək. Qeyd edək ki, bu da çox maraqlı məsələrdəndir. İşçi və yaxud artıq işdən çıxmış keçmiş işçi təşkilatdan Əmək kitabçasından çıxarış, işə qəbulla, vəzifəsinin artırılması və ya kiçildilməsi və mükafatlandırılması ilə bağlı əmrlərdən çıxarış ala bilər. Bu tip sənədləri almaq üçün işçi ərizə ilə təşkilatın rəhbərinin adına müraciət etməlidir. Belə ərizənin birinin nümunəvi formasını aşağıda təqdim edirik.
--------------------------------------------------------------------------------------
“Alov” MMC-nin direktoru
cənab Nüsrət Nəbiliyə
Maliyyə şöbəsinin mühasibi
Hümbət Əliyev tərəfindən
ƏRİZƏ
Əsas iş yerimdə saxlanılan Əmək kitabçamda müvafiq qeydlərin aparılması məqsədilə işə qəbul olunmağımla bağlı əmrimin surətinin müvafiq qaydada təsdiqlənərək mənə təqdim olunmasına göstəriş verməyinizi xahiş edirəm.
________ Hümbət Əliyev
Tarix: _______
--------------------------------------------------------------------------------------
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın