Sənədlərin surətlərinin təsdiqi ilə bağlı tələblər

Sənədlərin surətlərinin təsdiqi ilə bağlı tələblər

Bəs, hansısa təşkilat əsli onda olan, lakin başqa təşkilatlara məxsus sənədlərin surətlərinin düzgünlüyünü təsdiq etmək səlahiyyətinə malikdirmi?

Bu məsələ sənədlərin surətlərinin təsdiqi ilə bağlı ziddiyyətli məqamlardan biridir. Nə standartlarda, nə də müvafiq Təlimatda başqa təşkilata məxsus olan sənədin surətinin təsdiq olunması və ya ondan çıxarışın verilməsi barədə heç nə yazılmayıb. Ancaq bu o anlama gəlməməlidir ki, təşkilatda saxlanılan, ancaq başqa təşkilata məxsus olan sənədin əslinin və ya ondan çıxarışın təsdiqlənərək verilməsinə hər hansı qadağa var. Milli qanunvericilikdə belə bir məhdudiyyət yoxdur. Təşkilat əsli onda olan, lakin başqa təşkilata məxsus sənədi (məsələn, kontragentin məktubunu) surətini təsdiq edə bilər, lakin başqa təşkilatın təsis, qeydiyyat, əmr, sərəncam kimi sənədlərini təsdiq etmək səlahiyyətinə malik deyil. Bu məsələdə diqqətli olmağınız tövsiyə edilir.

İndi isə hansı sənədlərin surətlərinin kimlərə verilməsi məsələsinə diqqət yetirək. Qeyd edək ki, bu da çox maraqlı məsələrdəndir. İşçi və yaxud artıq işdən çıxmış keçmiş işçi təşkilatdan Əmək kitabçasından çıxarış, işə qəbulla, vəzifəsinin artırılması və ya  kiçildilməsi və mükafatlandırılması ilə bağlı əmrlərdən çıxarış ala bilər. Bu tip sənədləri almaq üçün işçi ərizə ilə təşkilatın rəhbərinin adına müraciət etməlidir. Belə ərizənin birinin nümunəvi formasını aşağıda təqdim edirik.

--------------------------------------------------------------------------------------

“Alov” MMC-nin direktoru

cənab Nüsrət Nəbiliyə

Maliyyə şöbəsinin mühasibi

Hümbət Əliyev tərəfindən

ƏRİZƏ

Əsas iş yerimdə saxlanılan Əmək kitabçamda müvafiq qeydlərin aparılması məqsədilə işə qəbul olunmağımla bağlı əmrimin surətinin müvafiq qaydada təsdiqlənərək mənə təqdim olunmasına göstəriş verməyinizi xahiş edirəm.

________ Hümbət Əliyev

Tarix: _______

--------------------------------------------------------------------------------------

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər