Struktur vahidinin ixtisarı ilə bağlı əmr necə verilməlidir? (Nümünəvi forma)
Tutaq ki, təşkilatımızda 1 ştat vahidi redaktor, 1 ştat baş redaktor vəzifəsi olan redaktorluq struktur vahidi var. Təşkilatın maliyyə vəziyyəti pisləşdiyindən, gəlirlər kəskin şəkildə azaldığından işəgötürən qərara alır ki, struktur vahidini (bölməsini) ixtisar etsin. Bu halda ştat cədvəlinə aşağıdakı şəkildə dəyişiklik edilməsini nəzərdə tutan əmr imzalanmalıdır.
Blank “Alov” MMC
ƏMR
№________
Bakı şəhəri ____ ___________________2020-ci il
Ştat cədvəlində dəyişiklik edilməsi haqqında
“Alov”MMC-nin təşkilati struktrunun təkmilləşdirilməsi məqsədilə
ƏMR EDİRƏM:
- Cəmiyyətin direktorunun ____ ______ 2020-ci il tarixli, ____№-li əmri ilə təsdiq olunmuş 1 yanvar-31 dekabr 2020-ci iş ili üçün ştat cədvəlində aşağıdakı dəyişiklik edilsin:
1.1. 1(bir) ştat vahidi redaktor, 1 (bir) ştat vahidi baş redaktordan ibarət “Redaktorluq” struktur vahidi (bölməsi) ixtisar edilsin.
1.2. Ştat cədvəlindəki dəyişiklik barədə məlumatlar elektron qaydada “Məşğulluq” altsisteminə daxil edilsin.
1.3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Tarix: ________
Təbii ki, bu bölmədə nümunəvi formaları təqdim etdikdə ancaq ştat cədvəli ilə bağlı məsələləri əhatə etməyə çalışırıq. Unutmayın ki, işçi ixtisara düşdükdə və ya onun vəzifəsi ləğv edilərək ştat cədvəlindən çıxarıldıqda müəyyən müddətləri nəzərdə tutan xəbərdarlıq prosedurundan istifadə olunmalı və ona Əmək Məcəlləsinə müvafiq olaraq son haqq-hesab və işdənçıxma müavinətlərinin verilməsini nəzərdə tutan rəsmiləşdirmələr həyata keçirilməlidir. Bu barədə kitabın digər bölmələrində ətraflı məlumat verilib.
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın